Young&Rubicam reklam şirkəti ADVERT agentliyi ilə əməkdaşlıqla Azərbaycanda affilliasiya olunmuş nümayəndəliyinin açılışını elan etdi

ADVERT şirkəti, sonralar şirkətlər qrupuna çevrilən və Azərbaycan reklam bazarında 2006-cı ildən müstəqil fəaliyyətə başlayan BANNER reklam agentliyinin əsasında yaradılmışdır.
2010-cu il ADVERT şirkətini yeni inkişaf mərhələsinə çıxartdı. Young & Rubicam Brands şirkəti ilə affiliasiya müqaviləsi imzalandıqdan sonra agentlik Zaqafqaziyada rəsmi olaraq Young & Rubicam və WPP-nin digər kreativ strukturlarının maraqlarını təmsil edir.
- Young&Rubicam kimi uğurlu qlobal şəbəkənin təcrübəsi və alətləri hesabına Azərbaycanın mədəniyyəti müasir beynəlxalq təcrübə ilə zənginləşərək öz yaradıcı inkişafında irəliyə doğru daha bir addım atır - deyə "BANNER" şirkətlər qrupunun rəhbəri Mehrac Mahmudov bildirmişdir.
Y&R Advertising (Baş ofis - Nyu-York) şirkətinin Qlobal Baş direktoru Hamiş Maklennan Young&Rubicam və ADVERT şirkətlərinin birgə əməkdaşlığı Azərbaycanda reklam biznesinin kreativ sahəsinin inkişafına təkan verəcəyinə əmin olduğunu söyləmişdir.
Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycanda Şirkətlər Qrupunun Prezidenti Yuri Paşin isə Young & Rubicam agentliklərinin Rusiya, Ukrayna və Qazaxıstanda uğurlu işinin Qafqazda da davam edəcəyinə inandığını bildirmişdir. ADVERT agentliyi artıq Young &Rubicam bir sıra beynəlxalq şəbəkə müştəriləri ilə işləyir və bu onun yüksək yaradıcı və ümumilikdə servis xidmətlərindən xəbər verir, - deyə sözünü tamamlamışdır.
Young&Rubicam 1923-cü ildə Reymond Rubikam tərəfindən yaradıldı və dünyada yaradıcı insan tərəfindən əsası qoyulan ilk reklam agentliyi oldu. Hal-hazırda bu şirkət kreativ həllərin hazırlanması, istehlakçıların araşdırılması və marketinq kommunikasiyaları sahəsində dünyada ən aparıcı reklam-informasiya agentliklərindən biridir. Agentlik 98 ölkədə 195 ofisə malikdir. Young & Rubicam Brands WPP Group-a daxildir və holdinqin ən böyük agentliyidir.
BANNER reklam şirkətləri qrupu dünyanın ən böyük reklam-kommunikasiya holdinqi olan WPP-nin QrupM media şöbəsini Azərbaycanda bütövlükdə təmsil edir. Qrupun tərkibinə daxil olan agentliklər: BANNER - 2008-ci ilin yanvar ayından MediaCom şirkətinin affiliasiya olunmuş partnyoru, ADVERT - 2008-ci ilin yanvar ayından MEC və Maxus şirkətlərinin affiliasiya olunmuş partnyoru, MediaForce - 2009-cu ilin may ayından Mindshare şirkətinin affiliasiya olunmuş partnyoru.
Media bölməsindən başqa, Banner Group həm də, WPP holdinqinin kreativ strukturlarının maraqlarını təmsil edir. 2006-cı ildən bu günədək BANNER agentliyi özündə hər biri müstəqil fəaliyyət göstərən, özünün müştəri portfeli və peşəkar əməkdaşları olan, top-menecmentə malik olan və Azərbaycan bazarında əminliklə lider mövqelərini tutan tam reklam xidmətləri göstərən 3 reklam agentliyini birləşdirən qrupa çevrildi.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında