Şriftin ölçüsü:
26.10.2010 06:10 | Oxunma sayı: 394
Azərbaycan Respublikası Milli Arxiv Fondunun Elektron Arxiv Sisteminin (EAS) yaradılması məqsədilə tender elan edir
1.Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Milli Arxiv Fondunun Elektron Arxiv Sisteminin (EAS) yaradılması üçün açıq tender keçirir.
Tender proseduru 24 noyabr 2010-cu il saat 15.00-da Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin inzibati binasında (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 3 ) keçiriləcəkdir.
2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməli və tələblərə cavab verməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) müvafiq qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-son bir ildə iddiaçının maliyyə vəziyyəti haqqında bankdan arayış;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
- 3 (üç) nüsxədə (əsli və 2 (iki) surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi əlavə olaraq İngilis dilində də təqdim oluna bilər).
-tender təklifinin qiymətinin 2 (iki) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
-Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin elan etdiyi tenderin predmeti üzrə ən azı 5 (beş) il iş təcrübəsinə malik olmalı və son 5 (beş) ildə ən azı 2 (iki) oxşar layihənin müvəffəqiyyətlə yerinə yetirilməsi haqqında məlumatı və ən azı 2 (iki) müştərinin adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən məlumat;
-təklif olunan sistem və avadanlıqlar üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin mövcudluğunu təsdiq edən sənəd;
-təklif olunan proqram təminatı və avadanlıqları satmağa müvəkkil etdiyini təsdiq edən Avtorizasiya forması (Manufacturer Authorization Form);
-texniki avadanlıqların Avropa Birliyinin sertifikatları (CE);
-Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;
-iddiaçının ixtisas göstəricilərinə dair tenderin əsas şərtlər toplusunda göstərilən digər məlumatlar.
3.İddiaçı ən azı 5 (beş) ildən az olmayan müddətdə hüquqi və maliyyə cəhətdən müstəqil fəaliyyət göstərən şirkət olmalıdır.
4.Yuxarıda göstərilən sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 12 noyabr 2010-cu il saat 18.00-dək təqdim edilməlidir.
5.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 23 noyabr 2010-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış yazılı surətdə ikiqat zərfdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı şəhəri, Z. Bünyadov küçəsi, 3 nömrəli ünvanında yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
6.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin aşağıdakı hesabına 200 (iki yüz) AZN məbləğində vəsait köçürməlidir:
Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı xəzinədarlıq idarəsi
VÖEN: 1001628661
h/hesabı: 32050019441500232115
"Kapital Bank" 1 saylı Binəqədi filialı
Bank kodu: 200156 Bankın
VÖEN: 9900003611 Bankın
m/h: 0137010001944
İştirak haqqı heç bir halda geri qaytarılmır.
7. Azərbaycan Respublikasının Milli Arxiv Fondunun Elektron Arxiv Sisteminin (EAS) yaradılması və təhvil verilməsi vaxtı: tenderin satınalma müqaviləsi imzalandığı gündən 12 (on iki) ay ərzində.
8.İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amilləri: maliyyə amili, sistemin funksionallığı, avadanlıqların texniki spesifikasiyası, təminat və dəstək şərtləri.
9.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı şəhəri, Z. Bünyadov prospekti, 3 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər.
Tender üzrə əlaqələndirici şəxs:
Adı: Ağayev Kamal;
Telefonu: (+99412) 5-62 -96-40
Faks: (+99412) 5-62-96-40
Elektron poçt ünvanı: [email protected]
{nl}
Tender komissiyası
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.