Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzi

“Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2016-cı ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 20 gün müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə

MÜSABİQƏ ELAN EDİR

Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşünün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

- ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

- menecment sahəsində azı 1  il iş təcrübəsi;

- yaşı 45-dən çox olmamalı;

- ingilis dilini bilməli.

İxtisasartırma kursunun keçirilməsi vaxtı:  2016-cı ilin aprel ayı.

Almaniyada keçiriləcək  ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:

1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);

2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

10-11 dekabr 2015-ci il tarixlərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.

Namizədlər aşağıdakı formaları tələb olunan qaydada doldurmalı, elektron və kağız formada qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:

- namizəd haqqında məlumat - ingilis dilində (application form 1);

- namizəd haqqında məlumat - ingilis dilində (application form 2);

- fərdi məlumatların qorunmasına dair ərizə - (data protection declaration/ privacy statement);

- vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış;

- 3x4 sm  ölçüdə foto -2 ədəd.

Formaları Bakı Biznes Tədris Mərkəzinin saytının xəbərlər və ya elanlar bölmələrindən əldə etmək mümkündür: www.bbtc.gov.az

Sənədlər 2015-ci il noyabrın 30-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:

Bakı, A.M.Şərifzadə küçəsi, 172,  4-cü mərtəbə, İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, tədrisin təşkili və metodikası şöbəsi.

Əlaqələndirici şəxs: Məlahət Kazımova.

Tel: (012) 431-39-07, 430-93-22,

E-mail: [email protected]

İqtisadiyyat və Sənaye  Nazirliyinin Bakı Biznes

Tədris Mərkəzi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında