İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu

Xəzər rayonunda  prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il sentyabrın 23-də Xəzər rayonunun Türkan qəsəbəsində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- istixana, zeytunçuluq və üzümçülük (istixana şəratində) təsərrüfatlarının yaradılması;

- ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172.

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Sahibkarlığa Kömək Milli Fondu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında