Quba Rayon İcra Hakimiyyəti

Quba şəhəri, Y.Qasımov küçəsində yerləşən "Soyqırım Memorial Kompleksi"nin layihə smeta sənədlərinin hazırlanması və ekspertizası məqsədilə tender elan edir
Tenderi keçirən: Quba Rayonu İcra Hakimiyyəti
Ünvan: Quba şəhəri AZ 4000 Q.İsmayılov küçəsi 6.
1. Keçiriləcək tenderdə Quba şəhəri, Y.Qasımov küçəsində yerləşən "Soyqırım Memorial Kompleksi"nin layihə smeta sənədlərinin hazırlanması və ekspertizası təklif olunur.
2. Tender proseduru noyabr ayının 30-da saat 12-00-da rayon icra hakimiyyətinin tikinti-memarlıq şöbəsi müdirinin otağında keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün ərizə;
İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4. Tender təklifləri noyabr ayının 29-da saat 12-00-dək Quba Rayon İcra Hakimiyyətinin mühasibatına təqdim olunmalıdır. Digər tələb olunan sənədlər 22 noyabr 2010-cu il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə təqdim olunmalıdır.
Tenderdə inşaat işləri ilə məşğul olmaqla maliyyə imkanları olan, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar iştirak edə bilərlər;
Tenderdə vasitəçilik fəaliyyətini həyata keçirən və maddi-texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr iştirak edə bilməzlər;
Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir.
İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
5. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir. Adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;
Texniki istehsalat (işin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişçilərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
Son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
6. İddiaçı təklifin dəyərinin 5 % həcmində bank təminatı təqdim etməlidir.
7. Quba şəhəri Y.Qasımov küçəsində yerləşən " Soyqırım Memorial Kompleksi"nin layihə smeta sənədlərinin tərtibi və ekspertizası məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar rayon icra hakimiyyətinə müraciət etdikdən və tenderdə iştirak üçün 300 manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
QUBA RAYON İCRA HAKİMİYYƏTİ Hesablaşma hesabı:
32051019446500246165
VÖEN: 4500248461
"Kapitalbank"ın Quba şöbəsi
Kodu: 200651
Müxbir hesab: 6528010000
VÖEN: 9900003611
S.W.İ.F.T BİK AII BAZ-2 X
8. Təkliflərin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs tikinti-memarlıq şöbəsinin müdiri Ə.Babayev. Əlavə məlumat almaq üçün 2010-cu il oktyabr ayının 20-dən noyabr ayının 22-dək saat 10-00-dan 17-00-dək müraciət etmək olar.
Ünvan: Quba şəhəri Q.İsmayılov küçəsi 6
Telefon: 0(169) 5-20-65, 5-31-92
Faks:0 (169) 5-51-89
9. Tenderin şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
10. Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

{nl}

Tender komissiyası

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında