Azərbaycan Respublikasının Mərkəzi Bankı xəzinə infrastrukturunda və pul nişanlarının emalı sahəsində istifadə olunan çeşidləyici və qablaşdırıcı sistemlərin istismarını və informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün

Mal-materialların satın alınması ilə əlaqədar “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq

AÇIQ  TENDER  ELAN  EDİR

 

* Termoyapışqanlı ağ kağız lent;

* termoyapışan sellofan lent

* notapack qablaşdırıcı sistem üçün"CRYOVAC" tipli termoyıqışan sellofan lent;

* əskinaslar və qəpiklər üçün üst örtük;

* multivak tipli vakuum qablaşdırıcı üçün selofan torba;

* birdəfəlik metal saplaqlı plomb;

* birdəfəlik plastik plomb;

* mühafizə bantı (qutuları plomblamaq üçün);

* ştrix-kod printer üçün kartric;

* ştrix-kod printer üçün etiket lenti.

1. Tender proseduru 28 sentyabr 2015-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

* tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

* iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

* tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

* tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

* iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

* pul nişanlarının avtomatlaşdırılmış sistemlərdə emalı, çeşidlənməsi və qablaşdırılması üçün zəruri olan malların təchizatı sahəsində iş təcrübəsinin olmasını təsdiq edən sənəd;

* Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 12 noyabr 2015-ci ilədək qüvvədə olmalıdır);

* tender təklifinin qiymətinin 1 % (bir faizi) məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada).

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 23 sentyabr 2015-ci il saat 18.00-a qədər ikiqat zərfdə möhürlənmiş, imzalanmış, digər tələb olunan sənədləri isə ən geci  15 sentyabr 2015-ci il saat 18.00-a qədər bağlı zərfdə möhürlənmiş, imzalanmış formada Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 150 (bir yüz əlli) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ 25 NABZ 01701190000000001944, kod 501004, m/h AZ 74 NABZ 01451700000000001944, VÖEN 9900071001.

5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilən hesaba ödəyə bilərlər:

Central Bank of the Republic of Azerbaijan.

USD correspondent bank Federal Reserve Bank of New York, FRNYUS33

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X,

ABA 021088221; Account number: № 0170690001944.

6. Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı gündən ən geci 60 təqvim günü ərzində.

7. Qiymətləndirmə meyarları: qiymət amili,texniki amil (malların keyfiyyəti və zəmanət şərtləri).

8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: F.Məmmədov, telefon: 4931122 (309), faks: 4983818, elektron poçt ünvanı: [email protected]

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında