Azərbaycan Respublikasının Mərkəzi Bankı

Nağd pul və qiymətlilərin daşınması üçün inkassasiya və təhlükəsizlik avtomobillərinin satın alınması ilə əlaqədar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq açıq tender keçirir.

Tender proseduru 15 sentyabr 2015-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

* tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

* iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

* tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

* tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

* iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

* Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

* iddiaçının son 3 (üç) ildə bu sahədə iş təcrübəsinin olmasını təsdiq edən məlumat (sifarişlər və müştərilərin adı göstərilməklə);

* Azərbaycan və ya ingilis dillərində  iki nüsxədə tender təklifi (tender təklifi 29 oktyabr 2015-ci ilədək qüvvədə olmalıdır);

* tender təklifinin qiymətinin 1% (bir faizi) məbləğində bank təminatı  (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

* tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

 İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 14 sentyabr 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 3 sentyabr 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

 İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 150 (bir yüz əlli) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Hesab: AZ 25 NABZ 01701190000000001944

Kod: 501004

M/h: AZ 74 NABZ 01451700000000001944

VÖEN: 9900071001

 Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Central Bank of the Republic of Azerbaijan.

USD correspondent bank Federal Reserve Bank of New York, FRNYUS33

Beneficiary: Central Bank of the Republic of Azerbaijan, NABZAZ2X,

ABA 021088221; Account number:

№ 0170690001944.

 Avtomobillərin təqdim edilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı gündən ən geci 150 (bir yüz əlli) təqvim günü ərzində.

Qiymətləndirmə meyarları: qiymət amili və texniki amillər (keyfiyyət (funksional xüsusiyyətlər), zəmanət şərtləri, habelə avtomobillərin təqdim edilməsi müddəti, texniki xidmət (təmir).

Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından tenderin əsas şərtlər toplusunu əldə edə bilər (Azərbaycan və ya ingilis dillərində). Tender üzrə əlaqələndirici şəxs: S.Ələkbərov, telefon: 493 11 22 (361), faks: 4983818, elektron poçt ünvanı: [email protected]

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında