(İnvestisiya qiymətli kağızların emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabat)
1.Emitentin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi: “Xətai Təmir-Tikinti-1" Açıq Səhmdar Cəmiyyəti; 05.05.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı Bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Hazırkı dövlət qeydiyyatı nömrəsi (VÖEN): 2000221651. Cəmiyyətin qısaldılmış adı yoxdur.
2. Emitentin hüquqi ünvanı və olduğu yer: Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, bina 22.
3. Hesabat ili ərzində emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər olmayıb.
4. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri yoxdur.
5. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər hansı bir törəmə cəmiyyəti olmayıb.
6. Emitentin səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı: emitentin 80 fiziki şəxsdən ibarət səhmdarı (payçıları) var. Səhmdarlar sırasında hüquqi şəxs yoxdur.
7. Emitentin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxsləri:
fiziki şəxs Kənan S.H. -200.000 ədəd sənədsiz adi, adlı səhmlər (nizamnamə kapitalının 76,8108%),
fiziki şəxs Quliyev Ş.Ş.- 35.591 ədəd sənədsiz adi, adlı səhmlər (nizamnamə kapitalının 12,5167 %)
8.Emitentin nizamnamə kapitalında hüquqi şəxs (şəxslər) yoxdur.
9. Səhmdar cəmiyyət olan emitentin səhm sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparılır. Reyestrsaxlayıcı haqqında məlumat: Milli Depozit Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti. Lisenziya: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi No:149 13.02.2015-ci il. Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 27
10. Emitentin səhmdarlarının (payçılarının) hesabat ili ərzində 25.06.2014-cü il tarixdə növbəti ümumi yığıncağı keçirilmişdir:
10.1 yığıncağın keçirilmə tarixi və yeri (ünvan): 25.06.2014-cü il, cəmiyyətin Bakı şəhəri, Yavər Əliyev küçəsi, 22 nömrəli ünvanda yerləşən inzibati binası.
10.2 ümumi yığıncaqda qəbul edilmiş qərarlar:
Gündəlikdəki birinci məsələ ilə əlaqədar:
“Xətai Təmir-Tikinti-1" ASC-nin 2013-cü il üçün illik hesabatları barədə.
“Xətai Təmir-Tikinti-1" Açıq Səhmdar Cəmiyyətinin 2013-cü il üçün illik hesabatları təsdiq edilsin. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətlərdə hesabatların aidiyyatı qurumlara təqdim edilməsi və kütləvi informasiya vasitələrində açıqlanması (dərc edilməsi) təmin olunsun. Belə işlərin yerinə yetirilməsi cəmiyyətin idarə heyətinin sədrinə həvalə edilsin.
Gündəlikdəki ikinci məsələ ilə əlaqədar:
cəmiyyətin müşahidə şurası barədə;
1) Üç nəfər tərkibdə aşağıdakı şəxslər üç il müddətinə cəmiyyətin müşahidə şurasına seçilsinlər:
Eyvazov Azad Fərman oğlu
Məmmədova Elnarə İlham qızı
Məmmədşahova Natəvan Pirəli qızı
2) Eyvazov Azad Fərman oğlu müşahidə şurasının sədri seçilsin
3) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada və müddətlərdə “Xətai Təmir-Tikinti-1" ASC-nin yeni tərkibdəki müşahidə şurasının kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrində dövlət qeydiyyatına alınması, bundan irəli gələn bütün zəruri işlərin yerinə yetirilməsi,
habelə müvafiq çıxarışların alınması cəmiyyətin idarə heyətinin sədrinə havələ edilsin.
Gündəlikdəki üçüncü məsələ ilə əlaqədar:
cəmiyyətin inkişaf perspektivləri, planları,müqavilələrin və digər əqdlərin müzakirəsi və təsdiqi barədə;
Gündəliyə daxil edilmiş üçüncü məsələ üzrə bütün müzakirələr nəzərə alınsın. Cəmiyyətin mövcud maliyyə durumu nəzərə alınmaqla inkişaf məqsədləri üçün torpaq sahəsinin icarəyə verilməsi müsbət qiymətləndirilsin və davam etdirilsin, hesabat ili ərzində bu istiqamətdə görülmüş işlər nəzərə alınsın və təsdiq edilsin. Cəmiyyətin inkişaf planları nəzərə alınsın və təsdiq edilsin. “Xətai Təmir-Tikinti-1" Açıq Səhmdar Cəmiyyəti və hüquqi şəxs ”Xəzər Çörək" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 20 dekabr 2013-cü il tarixli icarə müqaviləsi təsdiq edilsin.
11. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat: “Xətai Təmir-Tikinti-1" Açıq Səhmdar Cəmiyyətinin dövriyyədə olan qiymətli kağızların (səhm) buraxılışı 28.12.2001-ci il tarixdə QKDK tərəfindən qeydiyyata alınmışdır. Dövlət qeydiyyat nömrəsi: 1001002828. Hesabat ili ərzində əlavə buraxılışlar aparılmamışdır.
11.1 investisiya qiymətli kağızın növü və forması: sənədsiz, adi, adlı səhmlər
11.2 investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: 1001002828; 28.12.2001-ci il
11.3 investisiya qiymətli kağızların miqdarı: 260380; nominal dəyəri: 0,10 manat.
11.4 investisiya qiymətli kağızlar buraxılışınıın məcmu nominal dəyəri: 26038 manat
11.5 cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə dividendlər ödənilməmişdir.
11.6 faizli istiqrazlar buraxılışı həyata keçirilməmişdir.
12. 2014-cü ildə emitent tərəfindən xüsusi əhəmiyyətli əqdlər bağlanılmayıb.
13. Cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat dövrü ərzində emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər baş verməmişdir.
14-15. Cəmiyyətin fəaliyyəti dayandırıldığından əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də hesabat ili üzrə maliyyə hesabatları və kənar auditorun rəyi tərtib olunmayıb. Cəmiyyətin fəaliyyəti dayandırıldığından emitentin kreditor borcları yoxdur. Cəmiyyətin fəaliyyəti dayandırıldığından emitentin debitor borcları yoxdur. Cəmiyyətin fəaliyyətinin hələ ötən illərdən başlayaraq dayandırılması ilə əlaqədar cəmiyyətdə hər hansı investisiya qoyuluşları həyata keçirilməmiş, hesabat ili ərzində fəaliyyətin olmaması ilə əlaqədar hər hansı gəlir və zərər mövcud olmamışdır. Cəmiyyətin fəaliyyətinin dayandırılmasına dair Vergi Ödəyicilərinin Uçotu İdarəsinin arayışı hesabata əlavə olunur.
16. İllik hesabat səhmdarların 29.06.2015-ci il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir.
17. İllik hesabatın açıqlanma mənbəyi haqqında məlumat: hesabatın “Xalq qəzeti”ndə açıqlanması nəzərdə tutulur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.