Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti

2015-ci ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların, dezinfeksiya dezinseksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və ləvazimatların satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

 

Tender 4 (dörd) lot üzrə keçirilir:

Lot -1. İribuynuzlu və xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyi əleyhinə peyvənd vasitələrinin satınalınması.

Lot -2. Bioloji preparatların satınalınması.

Lot -3. Diaqnostikumların satınalınması.

Lot-4. Dezinfeksiya, dezinseksiya, müalicə-profilaktika dərmanlarının, reaktivlərin və ləvazimatların satınalınması.

Tender proseduru 15 sentyabr 2015-ci il saat 15.00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçiriləcəkdir. (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, məhəllə 3123).

Bioloji preparatların, dezinfeksiya, dezinseksiya, müalicə-profilaktika dərmanlarının, diaqnostikumların, reaktivlərin və ləvazimatların satınalınması büdcə vəsaitləri hesabına maliyyələşdirilir. Tələb edilən mallar tenderin qalibi olmuş iddiaçı tərəfindən  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazasına 2015-ci il dekabrın 30-na kimi təhvil verilməlidir.

Tenderdə iştirak etmək istəyənlər tenderin əsas şərtlər toplusunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin hesabına  I lot  üçün 1800 manat, II lot üçün 600 manat, III lot üçün 250 manat, IV lot üçün750 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi Mustafa İbrahim oğlu Allahverənovdan ala bilərlər.

Əlaqə telefonları: (+99412) 563-41-67 iş; mobil: 050 (070) 361-98-62

Faks: (+ 99412) 562-66-06.

Dövlət Xəzinadarlığı Agentliyi 7-ci fond,

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944,

S.W.I.F.T BİK CTREAZ22.

Vəsaiti alan: Dövlət Baytarlıq Nəzarəti Xidməti,

Hesab: 2577701, İBAN: AZ 27 CTRE 00000000000002577701

VÖEN: 1500504901.

Tenderdə iştirak haqqı geri qaytarılmır.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3123-cü məhəllə, Dövlət Baytarlıq Nəzarəti Xidməti.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanacaqdır.

Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 14 sentyabr 2015- ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və 15 sentyabr 2015-ci il saat 15.00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.

İddiaçı tender təklifinin 2 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyəti işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.

İştirakçılar aşağıda qeyd olunmuş sənədləri 7 sentyabr 2015-ci il saat 17.00-a kimi tender  komissiyasına təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-iddiaçının rekvizitləri (tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi, nizamnaməsi, lisenziyası və VÖEN);

-iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və son 3 ildə aidiyyəti iş üzrə fəaliyyəti haqqında texniki - iqtisadi məlumatlar;

-iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı;

-iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub - olmaması haqqında müvafiq arayış;

-işin icrası ilə bağlı digər məlumatlar.

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Telefonlar : (+99412) 563-41-67; mobil: 050 (070) 361-98-62.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında