AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

2015/2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə yenidənhazırlanma təhsili almaq üçün dinləyici qəbulu

E L A N   E D İ R

 

1.Riyaziyyat və informatika müəllimliyi (Azərbaycan və rus bölmələri);

2.Kimya və biologiya müəllimliyi (Azərbaycan və rus bölmələri);

3.Tarix və coğrafiya müəllimliyi (Azərbaycan və rus bölmələri);

4.Təhsildə sosial-psixoloji xidmət (Azərbaycan bölməsi);

5.Məktəbəqədər təlim və tərbiyə (Azərbaycan və rus bölmələri);

6.Korreksiyaedici təlim; (Azərbaycan və rus bölmələri);

7.Fizika müəllimliyi (Azərbaycan və rus bölmələri);

8.İbtidai sinif müəllimliyi (Azərbaycan və rus bölmələri);

9.Texnologiya müəllimliyi (Azərbaycan və rus bölmələri);

10.Xarici dil (ingilis dili) müəllimliyi.

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn dövlət və özəl ali təhsil müəssisələrinin məzunları “əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” na uyğun olaraq müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

* rektorun adına ərizə;

* şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş);

* ali təhsil haqqında sənədin, diplomun surəti (notarial qaydada təsdiq olunmuş);

* diploma əlavənin surəti (notarial qaydada təsdiq olunmuş);

* əmək kitabçasının surəti;

* nigah haqqında şəhadətnamənin surəti;

* 3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;

* təhsil haqqını ödəmək barədə öhdəlik müqaviləsi.

Sənədlər 2015-ci il avqust ayının 24-dən (istirahət günlərindən başqa) saat 10:00-13:00-dək ADPU-nun III tədris binasında (otaq 123) qəbul edilir.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsabiqədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.

Xaricdə təhsil almış şəxslər yenidənhazırlanma təhsili almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.Təhsil ödənişlidir.

Ünvan: Bakı şəhəri A.Səhhət, 41A

Telefon: (+994 12) 440-51-49

REKTORLUQ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında