Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti 2015/2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün qəbul elan edir:

* Turizm və otelçilik

* Menecment

* Marketinq

* Maliyyə

* Regionşünaslıq (Qafqaz və Azərbaycan)

* Beynəlxalq münasibətlər

* Sosial iş

* Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

* Nəqliyyat servisi

* Biznesin idarəedilməsi

Əlavə ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər.

Əlavə ixtisas almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

* təhsil müəssisəsi rəhbərinin adına ərizə;

* təhsil haqqını ödəmək barədə  təminatlı müqavilə;

* ali və ya orta ixtisas təhsili haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;

* əmək kitabçasından çıxarış;

* şəxsiyyət vəsiqəsinin surəti;

* sağlamlıq haqqında arayış;

* 3x4 sm  ölçüdə 4 ədəd fotoşəkil.

Sənədlər avqustun 10-dan  sentyabrın 10-dək, həftənin I-V günləri saat 10.00-17.00 arası ATMU-nun əsas korpusunda qəbul edilir.

Əlavə ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə ikinci bakalavr təhsili alan tələbələr sırasına qəbul edilirlər. İkinci bakalavr təhsili almaq üçün tələbələr sırasına qəbul edilmiş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq təhsilə qəbul edilir və təhsil müddəti müəyyənləşdirilir.

Təhsil qiyabi formada Azərbaycan və rus dillərindədir.

Xaricdə təhsil almış şəxslər ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq prosedur (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.

Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

Azərbaycan Turizm və Menecment Universiteti. Bakı, K.Rəhimov küçəsi, 822/23-cü məhəllə. Tel: (+99412) 012 5644233

Ünvan:AZ 1072, Bakı şəhəri (+99412) 012 5645411.

Email: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında