"Atəşgah" sığorta şirkəti ən yaxşı həvəskar reklam çarxı üzrə müsabiqə elan edir

"Atəşgah" şirkəti reklama və videoçarxlara maraq göstərənlər üçün xüsusi müsabiqə keçirir. Müsabiqəçilərdən yalnız videoçarxı çəkmək, daha sonra isə onu YouTube-da yerləşdirib linkini "Atəşgah" şirkətinin elektron ünvanına göndərmək tələb olunur.
Video çarx üçün tələblər:
müddəti 30 saniyədən artıq olmamalıdır;
formatı: mpg, 3gp, avi, 4mp, wmv;
çəkisi 10 Mb-dan artıq olmamalıdır;
video çarx pərakəndə məhsullarının birini "Arxayın Valideyn" "Arxayın Sakin" və ya "Arxayın Sürücü" reklam etməlidir;
çarxda mütləq "Arxayın yaşa" sloqanı və "Atəşgah" şirkətinin loqotipi (hər hansı bir daşıyıcıda - reklam lövhəsi, stiker və s.) olmalıdır;
çarx mobil telefona, fotoaparata və ya web-kameraya çəkilə bilər;
çarx peşəkar studiyada montaj edilməməlidir;
çarx kiminsə müəllif hüquqlarının pozulmaması ilə və rolikdə iştirak edən şəxslərin yazılı icazəsi ilə çəkilməlidir;
çarxda qeyri-normativ leksika olmamalıdır;
çarx reklam edilən məhsul ilə bağlı olmalıdır;
çarxın YouTube-da yerləşdirilməsindən sonra linkini [email protected]  ünvanına göndərmək lazımdır - moderasiyadan sonra çarx "Atəşgah" Sığorta Şirkətinin Facebook-dakı səhifəsində yerləşdiriləcək.
Müsabiqəçilər çarxlarını 15 noyabr 2010-cu il tarixinə qədər göndərə bilərlər. Qalib gəlmiş çarx isə 20 noyabr 2010-cu il tarixinədək müəyyən olunacaq.
Səsvermə Facebook səhifəsində online rejimində keçiriləcək. Hər həftə video çarxlar arasında ən yaxşısı seçiləcək. Qalib gəlmiş reklam çarxı "Atəşgah" şirkətinin Facebook səhifəsində elan ediləcək. Reklam çarxı televiziyada yerləşdiriləcək və mətbuatda ətraflı şəkildə işıqlandırılacaqdır. Çarxın müəllifi ilin sonuna qədər Dubaya 5 günlük səyahət etmək imkanını qazanacaq.
Məhsullar haqqında məlumatı səhifənin Forumunda və ya "Atəşgah" Sığorta Şirkətinin rəsmi saytında tapa bilərsiniz.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin dekabrında yaradılıb. Azərbaycanda həyat üzrə "Atəşgah həyat" özəlləşmiş sığorta şirkəti "Atəşgah" Sığorta Qrupunun tərkibinə daxildir. "Atəşgah" Sığorta Şirkəti fiziki və hüquqi şəxslərə sığortanın 21 növü üzrə xidmət təqdim edir. Birinci yarımilin yekunlarına görə, şirkət ölkənin sığorta bazarında sığorta haqlarını toplamaq üzrə üçüncü yeri tutur. "Atəşgah"ın Bakıda 5 ofisi, Azərbaycan ərazisində 6 regional nümayəndəliyi var.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında