Azərbaycan Respublikası Mərkəzi Bankının

 Naxçıvan Muxtar Respublikası İdarəsinin xəzinə saxlancında qazlı avtomatik yanğınsöndürmə sistem və qurğularının quraşdırılması, həmçinin Mərkəzi Bankın 2 saylı Xəzinəsində qazlı avtomatik yanğınsöndürmə sistem və qurğularının yenidən bərpası, Mərkəzi Bankın inzibati binalarında istismar olunan HFC 227ea (FM200) tipli qazlı avtomatik və ilkin yanğınsöndürmə sistem və qurğularına, habelə avtomatik yanğından xəbərvermə sistem və qurğularına servis xidməti göstərilməsinin satın alınması üçün elan edilmiş açıq tender, tender komissiyasının 2015-ci il 17 iyun tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq baş tutmamış hesab edilmişdir.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq tenderin keçirilməsi  yenidən elan olunur.

Tender proseduru 10 avqust 2015-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

 Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- iddiaçıya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti, təmiri” və “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növləri üzrə verilmiş xüsusi razılıqların (lisenziyaların) surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

-  tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 21 sentyabr 2015-ci il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada və 4 noyabr 2015-ci il tarixədək qüvvədə olması şərti ilə);

-  son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

-   vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə vergi orqanından arayış;

- iddiaçının oxşar işlərdə təcrübəsinin olması barədə məlumat;

- əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı     2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

 İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 7 avqust 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci  29 iyul 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 150 (bir yüz əlli) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ 25 NABZ 01701190000000001944

Müxbir hesab:  AZ 74 NABZ 01451700000000001944 

S.W.İ.F.T. BİK  NABZAZ2C

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.

6. Tenderdə iştirak etmək istəyən iddiaçı şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. 

Əlaqələndirici şəxs: Elvin Şirdanov (hüquq departamentinin əməkdaşı). Telefon: (012) 493-11-22 (428)

İman Babayev (inzibati departamentin əməkdaşı). Telefon: (012) 493-11-22 (435)

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında