1. Emitentin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi;
|
Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyəti “AzNar” QSC 09.10.2006-cı il tarixdə (VÖEN): 600083631
|
1.2. Emitentin hüquqi ünvanı və olduğu yer;
|
Göyçay rayonu, Göyçay şəhəri, Natəvan küçəsi, 120
|
1.3. Emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, emitent hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları;
|
Hesabat ili ərzində emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər baş verməmişdir.
|
1.4. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;
|
Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri mövcud deyil.
|
1.5. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, yaxud cəmiyyətin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;
|
Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər hansı bir törəmə cəmiyyəti mövcud deyil.
|
1.6. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı;
|
24 fiziki şəxs, 2 hüquqi şəxs
|
1.7. Emitentin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;
|
1. Fiziki şəxs Əhmədov Fərhad-14993342 ədəd sənədsiz adlı, adi səhmlər (nizamnamə kapitalının 99,9402%) Digər fiziki şəxslərin səhmləri (payları) on faizdən azdır.
|
|
|
|
|
1.8. Emitentin nizamnamə kapitalında payı on faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);
|
Emitentin nizamnamə kapitalında hüquqi şəxslərin səhmləri (payları) on faizdən azdır.
|
1.9. Səhmdar cəmiyyət olan emitentin səhm sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparıldığı halda reyestrsaxlayıcı haqqında məlumat (adı, yerləşdiyi ünvan, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət) və ya reyestrin emitent tərəfindən aparıldığı barədə qeyd;
|
Səhmdar cəmiyyət olan emitentin səhm sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparılır. Reyestrsaxlayıcı haqqında məlumat: Milli Depozit Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti. Lisenziya: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi No:110, 12.02.2010-cu il. Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 19.
|
1.10. Emitentin səhmdarlarının (payçılarının) hesabat ili ərzində keçirilmiş yığıncaqları barədə məlumat:
|
—-
|
1.10.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvan);
|
22.06.2015-ci il tarixdə, Göyçay şəhəri, Natəvan küçəsi, 120 nömrəli ünvanda yerləşən “AzNar” QSC-nin inzibati binasında.
|
1.10.2. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar;
|
22.06.2015 -ci il
|
|
1.Teymur Əhmədov adına “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin 2014-cü il üçün illik (maliyyə) hesabatları təsdiq edilsin. Cəmiyyətin icra orqanına qanunla müəyyən edilmiş qaydada kütləvi informasiya vasitəsində cəmiyyətin illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməyi, o cümlədən Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müvafiq illik hesabatın və məlumatın verilməsi həvalə edilsin.
|
|
Cəmiyyətin 2014-cü ildəki maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə 32,397.69 (otuz iki min üç yüz doxsan qeddi tam yüzdə altmış doqquz) manat mənfəətdən qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə əsasən hüquqi şəxsin mənfəət vergisi (20%) və dividendlərdən ödəmə mənbəyində tutulmalı olan vergi (10%) məbləğləri çıxılmaqla 23,326.33 (iyirmi üç min üç yüz iyirmi altı tam yüzdə otuz üç) manat dividend kimi bölüşdürülsün.
|
|
2.Teymur Əhmədov adına “Aznar” Qapalı Səhmdar Cəmiyyəti Səhmdarlarının 23.09.2013-cü il tarixli qərarına əsasən 1 ədədi 25,00 manata geri alınmış, ümumi sayı 1511 ədəd olan adi, adlı səhmlər yenidən 1 ədədin satış qiyməti 25,00 manat olmaqla, cəmiyyətin səhmdarları arasında, onların nizamnamə kapitalındakı səhmlərinin miqdarına mütənasibliklə satınalmada üstünlük hüquqlarına dair qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunmaqla satışa çıxarılsın.
|
|
3.Teymur Əhmədov adına “AzNar” QSC-nin direktorlar şurası ləğv edilsin. Cəmiyyətin direktorlar şurasının tərkibinə əvvəllər seçilmiş olan şəxslərin: Direktorlar şurasının sədri Fərhad Teynur oğlu Əhmədovun, direktorlar şurasının üzvləri: Metyu Brayzanın, Vasiliy Nikolayeviç İstratovun və Kristos Arvanitakisin səlahiyyətlərinə xitam verilsin. Həmin faktın qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması Teymur Əhmədov adına “AzNar” QSC-nin icra orqanına tapşırılsın.
|
|
4.Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsi beşinci redaksiyada təsdiq edilsin. Teymur Əhmədov adına “AzNar” QSC-nin beşinci redaksiyada nizamnaməsinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi, qeydiyyat orqanlarında qeydiyyatın aparılması və qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi təmin edilsin. Bu işlərin yerinə yetirilməsində notariat və qeydiyyat orqanlarında, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı idarələrində və s. İdarə və təşkilatlarda nümayəndə olmaq, ərizə yazmaq, imza etmək, lazımi sənədləri, o cümlədən təsisçilər barədə məlumat əks etdirən sənədləri almaq, vermək, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etmək cəmiyyətin icra orqanına həvalə edilsin.
|
1.11. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):
|
Teymur Əhmədov adına “AzNar” QSC-nin dövriyyədə olan qiymətli kağızların (səhm) buraxılışı 29.04.2015-ci il tarixdə QKDQ tərəfindən qeydiyyata alınmışdır. Dövlət qeydiyyat nömrəsi: AZ1001007280. Hesabat ili ərzində əlavə buraxılışlar aparılmamışdır.
|
1.11.1. İnvestisiya qiymətli kağızın növü və forması;
|
Adi, adlı sənədsiz səhm
|
1.11.2. İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;
|
AZ1001007280, 29.04.2015-ci il tarixdə
|
1.11.3. İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;
|
Ümumi miqdarı: 15002308Nominal dəyəri: 2.00 AZN
|
1.11.4. İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri;
|
Məcmu nominal dəyəri: 30004616 AZN
|
1.11.5. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);
|
Hesabat ili ərzində dividend ödənilməmişdir.
|
1.11.6. Faizli istiqrazlar buraxılışı haqqında məlumatda -istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;
|
Faizli istiqrazlar buraxılışı həyata keçirilməmişdir.
|
1.11.7. İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda).
|
Bakı Fond Birjası; Bakı şəhəri, Bülbül prospekti, 19
|
1.12. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:1.12.1. Əqdin məbləği;1.12.2. Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi;
|
2014-cü ildə emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər mövcud deyil.
|
1.13. Hesabat dövrü ərzində emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər haqqında məlumatlar, o cümlədən maliyyə vəziyyəti və maliyyə göstəricilərinin təsviri və onların əvvəlki ilin həmin dövrü üzrə müvafiq maliyyə göstəriciləri ilə müqayisəsi (qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilmiş və ya fond birjasının kotirovka vərəqələrinə daxil edilmiş emitentlər üçün);
|
Hesabat dövrü ərzində emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər baş verməmişdir.
|
1.14. Sadələşdirilmiş vergi ödəyicisi olan kiçik sahibkarlıq subyektləri istisna olmaqla, hesabat ili üzrə maliyyə hesabataları (mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları, qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilmiş və ya fond birjasının kotirovka vərəqələrinə daxil edilmiş emitentlər, habelə səhmdar investisiya fondları üçün isə əlavə olaraq kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər);
|
Əlavə olunur.
|
15. Maliyyə hesabatlarının yoxlanılması haqqında kənar auditorun rəyi;
|
Əlavə olunur.
|
16. İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi
|
İllik hesabat səhmdarların 22.06.2015-ci il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir.
|
17. İllik hesabatın açıqlanma mənbəyi haqqında məlumat.
|
“Xalq qəzeti”
|