Azərbaycan Respublikası
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi
Kredit No. 8286-AZ
Fəaliyyətin adı: Aqrobiznes dəyər zəncirlərinə biznes inkişafı dəstəyi
İstinad №. B1/CS-5
Azərbaycan Hökuməti Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin xərcləri ilə bağlı Dünya Bankından maliyyə vəsaiti almış və onun bir hissəsini məsləhətçilik xidmətləri üçün istifadə etmək niyyətindədir.
Məsləhətçilik xidmətlərinə seçilmiş aqrobiznes dəyər zəncirlərində məhsuldar əməkdaşlıqların qurulması və dəyər zənciri iştirakçıları tərəfindən investisiya təkliflərinin hazırlanması üçün məsləhətçilik dəstəyinin göstərilməsi daxildir. Bu komponent tələbatdan irəli gələn investisiya təkliflərini qismən maliyyələşdirməklə və maraqlı tərəflər arasında tərəfdaşlığa imkan yaratmaqla dəyər zəncirlərinin inkişafı sahəsində fəal şəkildə fəaliyyət göstərmələri üçün aqro-müəssisələrə, fermerlərə və digərlərinə yardım göstərəcəkdir.
Layihə seçilmiş dəyər zəncirlərində tərəfdaşlığın qurulmasına yardım göstərəcək və layihənin investisiya dəstəyi üçün təkliflərin hazırlanması məqsədilə xidmət təminatçısı kimi fəaliyyət göstərəcək şirkətlə müqavilə bağlayacaq. Xidmət Təminatçısı (XT) kənd yerlərində səfərbərliklə bağlı fəaliyyətlərin icrasında təsdiqlənmiş iş təcrübəsinə, Azərbaycanın aqrobiznes sahəsində güclü səriştəyə və aqrobiznesin inkişafı proqramlarında təcrübəyə malik müəssisə olacaq. Xidmət Təminatçısının funksiyalarına layihəyə dəstək məqsədilə dəyər zəncirlərinin müəyyənləşdirilməsi, seçilmiş dəyər zəncirlərinin maraq göstərən iştirakçılarının səfərbərliyi, məhsuldar tərəfdaşlığın qurulması, sub-layihələrin müəyyənləşdirilməsi və dəyər zəncirinin inkişafı üzrə təkliflərin hazırlanmasında və yardımçı fermerlərin,aqro emalçıların və digər dəyər zənciri iştirakçılarına yardım göstərilməsi və sub-layihələrin icrası üçün dəstəyin təmin edilməsi daxil olacaq.
Xidmət Təminatçısı layihə tərəfindən seçiləcək müsabiqəli dəyər zəncirlərinin müəyyənləşdirilməsi üçün təhlillər aparacaq. Xidmət təminatçıları ümumi dəyər zəncirinin inkişafını maliyyələşdirəcək sub-layihələrin hazırlanması və icrası ilə bağlı tərəfdaş kimi əməkdaşlıq etməkdə maraqlı olan fermerlər, emalçılar, məhsul təchizatçıları, məhsul yığımından sonrakı obyektlərin idarəedənləri və digər maraqlı tərəfləri müəyyənləşdirəcək.
Bu informasiya kampaniyaları seçilmiş zonalarda informasiya, kampaniya, seminarlar və ya digər yardım və səfərbərlik mexanizmləri vasitəsilə həyata keçiriləcək. Xidmət Təminatçısı maraqlı tərəflər arasında səmərəli əməkdaşlıq yaratmaq üçün dəyər zənciri iştirakçılarına yardım edəcək. Bu fəaliyyət 2015-ci il sentyabr ayından 2018-ci il noyabr ayına kimi davam edəcək.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi müvafiq məsləhətçi şirkətləri (məsləhətçilər) xidmətlərin təmin olunmasında maraqlarını ifadə etməyə dəvət edir. Maraqlı məsləhətçilər xidmətləri yerinə yetirmək üçün tələb olunan bilik-bacarıq və müvafiq təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər. Qısa siyahıya salınmaq üçün meyarlar aşağıdakılardır: (ı) kənd təsərrüfatının inkişafı layihələri və kənd təsərrüfatı məsləhətçilik xidmətində bilik və təcrübə; (ıı) emalçılar və alıcılarla istehsalçıların əlaqəsini təmin etmək də daxil olmaqla aqro-ərzaq dəyər zəncirinin inkişafı ilə bağlı xüsusi təcrübə; (ııı) kənd təsərrüfatı (aqrobiznes daxil olmaqla) sektoru ilə bağlı yaxşı biliyə malik olmaq; (ıv) kənd yerlərində yardım və səfərbərlik fəaliyyətləri ilə bağlı keçmiş uğurlu təcrübə; (v) kompleks biznes planları və texniki-iqtisadi əsaslandırma ilə bağlı tədqiqatların işlənib hazırlanmasında təcrübə; (vı) aqrobiznesin inkişafı layihələrində xüsusi təcrübəyə malik kadrların mövcudluğu (marketinq, ərzaq təhlükəsizliyi və s.); və (vıı) Azərbaycanda təcrübənin olması və yerli şəraitlə tanışlıq arzuolunandır.
Maraqlı məsləhətçilərin diqqəti Dünya Bankı təlimatlarının 1.9 bəndinə: Dünya Bankının Borc Alanları tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə Götürülməsi (BYİB borcları və BİA kreditləri & qrantları), 2011-ci il yanvar nəşri (“Məsləhətçilik Təlimatları”), maraqların toqquşması ilə bağlı Dünya Bankının siyasətinin müəyyən edilməsinə yönəldilir.
Məsləhətçilər öz bilik-bacarıqlarını genişləndirmək məqsədilə birgə müəssisə və ya sub-məsələhətçi müəssisə formasında digər firmalar ilə birləşə bilərlər. Assosiasiya olduğu halda hər bir tərəfdaşın vəzifə və öhdəlikləri aydın şəkildə qeyd ediləcək.
Məsləhətçi məsləhətçilik təlimatlarında qeyd olunan Keyfiyyət Əsaslı Seçim (KƏS) üsulu əsasında seçiləcək.
Əlavə məlumat 9.00-dan 18.00-dək, iş saatları ərzində aşağıdakı ünvandan əldə edilə bilər.
Maraq ifadələri 3 iyul 2015-ci il tarixə kimi aşağıdakı ünvana yazılı formada çatdırılmalıdır (kuryer, poçt və ya e.mail ilə).
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi Layihə İdarəetmə Qrupu
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
Zaur Əliyev, Baş direktorun müavini
Ü. Hacıbəyli küçəsi 80, Hökumət Evi, 803-cü otaq, Bakı AZ1000, Azərbaycan
Tel: +99412 4937108 Email: [email protected], [email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.