Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasının elektrik təchizatının etibarlılığını təmin edəcək 10 kv-luq alternativ yeraltı elektrik xəttinin çəkilməsi ilə bağlı

T E N D E R   E L A N I

1. Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasının elektrik təchizatının etibarlılığını təmin edəcək 10 kv-luq alternativ yeraltı elektrik xəttinin çəkilməsi məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq tender keçirilir.

Tender proseduru 6 avqust 2015-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- iddiaçıya energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) surəti;

-  tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- Azərbaycan dilində  iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 17 sentyabr 2015-ci il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada və 2 noyabr 2015-ci il tarixədək qüvvədə olması şərti ilə);

-  son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

-   vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə vergi orqanından arayış;

- iddiaçının oxşar işlərdə təcrübəsinin olması və göstəriləcək xidmətin çevikliyi barədə məlumat;

- əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

 4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 5 avqust 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci  27 iyul 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

5. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab:  AZ74NABZ01451700000000001944 

S.W.İ.F.T. BİK  NABZAZ2C

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.

6. Tenderdə iştirak etmək istəyən iddiaçı şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxslər:  Elvin Şirdanov (hüquq departamentinin əməkdaşı). Telefon: 493-11-22 (428) İman Babayev (inzibati departamentin əməkdaşı). Telefon: 493-11-22 (435)

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında