Xüsusən Formula 1 Grand Prix və Monte-Karlo Master Seriyaları sayəsində dünyada tanınmış idman dövləti olan Monako Knyazlığı Bakıda keçirilən ilk Avropa oyunlarına 5 idmançı göndərdi. Onlar sadəcə idman nailiyyətlərini deyil, idman ruhunu da dəstəkləyirlər. Knyazlıq bir çox keyfiyyəti özündə birləşdirir: beynəlxalq səviyyədə karyeraları və fəaliyyətləri idarə etmək üçün dünyaya açılma, gözəl həyat səviyyəsi, təhlükəsizlik və yüksək keyfiyyətli səhiyyə bu ölkəni məxsusi xidmətlər axtaran idmançılar üçün cənnətə çevirir.
Bu həftə Bakı Olimpiya Stadionunun tribunalarında öz dövlət başçısını görən avropalı idmançılar çox azdır. Monako knyazı əlahəzrət Albert II beş idmançının (Bris Etes, Yan Sikkardi, Sedrik Bessi, Yan-Soren Kabioş və Viktor Lanjelotti) da daxil olduğu nümayəndə heyətini şəxsən dəstəkləmək üçün səyahət etməyə tərəddüd etmədi. Bu, Monakoda mövcud olan idman ruhuna parlaq misaldır. Peşəkar idmançı olan knyaz (dəfələrlə bobsley üzrə Qış Olimpiya Oyunlarında iştirak edib) özünü evindəki kimi hiss edəcək. Onun həyat yoldaşı knyagina Şarlen də üzgüçülük üzrə keçmiş çempiondur (2002-ci il Dünya Çempionatında 50 m və 10 m krol, estafet 4 x 100 m üzrə qızıl medal qazanıb).
Monakolular dörd idman növündə çıxış edəcəklər: atletika, velospied idmanı, suya tullanma və cüdo. Bu idman növləri Avropa Oyunlarında rəqabət göstərən ölkələrin ən kiçiyi olan Monako Knyazlığının məxsusi infrastrukturlara sahib olduğunu sübut edir. Aralıq dənizi sahilindəki II Lui stadionu Monako idmanının döyünən qəlbidir. 800 m orta məsafəyə qaçış üzrə mütəxəssis olan Bris Etes bu stadionun günəşli meydançasında məşq edib hazırlaşmışdır. London Qış Oyunlarında iştirak etmiş Bris Etes rəqabətə hazırdır. Keçən həftə İslandiyada keçirilmiş Kiçik Avropa Dövlətlərinin oyunlarında gümüş medal qazanmışdır. Cüdokaçılar, London Olimpiya Oyunlarında iştirak etmiş Yan Sikkardı və Sedrik Bessi də stadionun son dərəcə müasir infrastrukturunda texnikalarını təkmilləşdirmişlər. Son olaraq 16 yaşlı Yan-Sören Kabioş II Lui Stadionunun hovuzunda 1 m və 3 m hündürlükdən suya tullanmada özünü tanıtmışdır. Beləcə idmançılar arasında və həmçinin məşhur futbol klubu AS “Monako”nun oyunçuları ilə komanda ruhu yaranır. II Lui Stadionunda və ondan kənarda Monako idmanının böyük ailəsi parlayır.
Çempionlar üçün cəlbedici ölkə
Çempionları hazırlamaq üçün münbit torpaq olan Monako Knyazlığı, eyni zamanda, beynəlxalq səviyyəli görüşlərin keçirildiyi yerdir. Bu da idmançı olub- olmamasından asılı olmayaraq, monakolular üçün böyük zövqdür. Yaz fəslində əfsanəvi Formula 1 Grand Prix-si və qış fəslində Monte-Karlo rallisi ilə avtomobil idmanının qəlbi məhz Monakoda döyünür. Fransadakı beynəlxalq Rolan Qarosdan öncə məhz Monte-Karloda ən böyük tenisçilər rəqabət aparırlar. Məhz II Lui Stadionunda iyul ayında keçirilən “Herculis” Beynəlxalq atletizm görüşündə sprintin ustaları qarşılaşırlar. Monakoda böyük və məxsusi hazırlanmış görüşlərin təşklatçılığındakı bu bacarıq ildən-ilə davam edir.
“ İdmançıların karyerasını idarə etmək
üçün məxsusi xidmət ”
Monakodakı yüksək səviyyəli idmanın uzun ənənəsinin kökləri 100 il öncəyə gedir və knyazlığın 1908-ci ildə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) daxil olması ilə başlayır. Beləcə Monako indi 205 üzvü olan BOK-un 25-ci üzv dövləti olur. Keyfiyyətli infrastrukturlar, görüşlərin təşkilində yüksək bacarıq, günəşli və mülayim iqlim Monakonu istənilən idmançı üçün cəlbedici edir.
Fransa ilə İtaliya arasında yerləşən və cənnətin bir parçası olan Monako dünyanın ən böyük idmançılarını həm də milli mətbəxi ilə cəlb etmişdir. Alən Dükasın Mişlən Bələdçisində üç ulduza sahib olan “XV Lui” restoranı buna parlaq misaldır. Bu idmançılar arasında Formula 1 çempionu Niko Rezberq (bu il Monako Grand Prix-sini qazanıb, Levis Hamilton, Felipe Massa və ya Censon Button, tenis əfsanələri Novak Cokoviç, onun məşqçisi Boris Beker və həmçinin Jüstin Hennin də var. Onların idman parametrləri tələblərindən xəbər verir. Ən yaxşılar üçün ən yaxşısı lazımdır. İş adamları kimi Monako onlara da şəxsi və peşəkar ehtiyaclarından asılı olaraq, ən yüksək keyfiyyətli xidmət təklif edə bilir.
İdman və biznes, məxsusi təkliflər
Karyeralarının maliyyə idarəetməsində onları müşayiət etmək üçün knyazlıqda yaşayan idmançılara biznes sahəsində çoxsaylı məsləhətlər və məxsusi maliyyə xidmətləri verilir. İstər idmanda olsun, istərsə də biznesdə hər bir karyeranın unikal perspektivləri mövcuddur. Məşhurluğundan, çempionatdakı yerindən asılı olaraq tenis çempionu qazandığı pulları və sponsorluğunu eyni şəkildə idarə etmir. Futbolçu üçün vəziyyət daha da fərqlidir. Bankirlər və maliyyə məsləhətçiləri uzun illərdir Monakoda yerləşmişdir və müştərilərinə fərdi və məxsusi xidmət təklif edirlər. Onların hər birinin məhdud sayda müştərisi var. Bu da yaxınlıq və inam əlaqələrini asanlaşdırır.
Maliyyə məsələləri həll edildkdən sonra idmançılar il boyu Monakonun mülayim yaşam tərzindən bəhrələnə bilərlər. Zəngin və beynəlxalq mədəni həyat (Dmitri Şostakoviçin “Lady MacMeth”i keçən ay Monako Operasının səhnəsində təqdim edildi. 21 iyun 2015-ci ildə Çaykovskinin “İolanta”sı oynanılacaq). Knyazlıq dünyanın bütün ən böyük artistləri üçün məcburi keçiddir. Hamısı orada səhnəyə çıxmağa gəlir. Bir neçə gündən sonra Farel Uilyams, Ledi Qaqa və həmçinin Robi Uilyams Knyaz Alberın hakimiyyətə gəlişinin 10 illiyi münasibətlə konsert verəcək. Monako qayasının isti və sakitləşdirici mühiti ailələr üçün oranı inanılmaz bir yerə çevirir. Onlardan ən məşhuru Monakonu 13-cü əsrdən bəri idarə edən Qrimaldı ailəsidir. Bu cür uzunömürlülük prioriteti əhalisinin təhlükəsizliyinə önəm verən dövlətin konstitusional stabilliyini göstərir.
Çərçivə: Gənclər üçün idmana verilən prioritet
Monakoda bütün idman növləri ilə məşğul olmaq mümkündür. Bunu uşaq yaşlarından həvəskar kimi (və təbii ki peşəkar kimi) etmək mümkündür. Monakodakı bütün məktəblilər fiziki fəaliyyətlərlə məşğul olur və ölkədə 8000-dən çox peşəkar idmançı var. Monako hakimiyyət orqanları on illərdir knyazlıqda idmanın inkişafına təkan verən siyasət yürüdüb. Keyfiyyətli, ölkə ərazisində və ya yaxınlarda yerləşən çoxsaylı infrastrukturlar və müxtəlif idman növləri ilə məşğul olmağa imkan verən fərqli assosiyasiyalar və federasiyaların hər birinin sayəsində idman hər kəs üçün açıqdır. Knyazlıq özünü həm şagirdlər və yerli əhalinin mütəmadi idman etməsi üçün, həm də yüksək səviyyəli görüşlərin keçirilməsi məqsədilə ən son idman avadanlıqları ilə təchiz etdi. Məktəb binalarında və onlardan kənarda yerləşən əsas infrastrukrurlar arasında Şahzadə Stefaninin adını daşıyan gimnastika zalları, III Reniye atıcılıq stendi, Herkül limanında dekabrdan marta qədər müvəqqəti olaraq quraşdırılmış buz meydançası və təbii ki, 1985-ci ildə açılmış atletizim meydançası, Olimpiya hovuzu, idmanın bütün növlərini əhatə edən zal və çoxsaylı xüsusi zalların mövcud olduğu II Lui Stadionu vardır. Bu siyahıya yaxınlarda Monako Yaxta Klubu və Avarçəkmə Cəmiyyətinin daxil olduğu yeni avarçəkmə bazası və həmçinin idmanın bütün növlərini əhatə edən zal, dağa dırmaşma zalı, şar oyunu zalı və Monako dövlətinin Kap-Del (Fransa) ərazisindəki mülkiyyəti olan yeni Sənt-Antuan Məkanının şərq döyüş növlərinə həsr edilmiş çoxməqsədli zalı əlavə edilmişdir. Monako hakimiyyət orqanlarının idmanı dəyərləndirmək və onunla uşaq yaşlarından məşğul olunmasını istəmələrinin səbəbi idmanın əhəmiyyətli dəyərlərin daşıyıcısı olmasıdır. İdman gənclik üçün çox vacibdir. Ona həmrəyliyi, edilən səyin mənasını, komanda işini və fədakarlığı aşılayır. Knyaz II Albert üçün idman “stabillik, təhsil və inteqrasiya mənbəyidir”.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.