TENDERƏ DƏVƏT

İlkin tarix: 30 avqust, 2010-cu il Yeni tarix: 8 oktyabr 2010-cu il Borc No: 2354 AZE- Yol Şəbəkəsinin İnkişaf Proqramı, Layihə 1: Cənub Nəqliyyat Dəhlizinin Təkmilləşdirilməsi Layihəsi Müqavilənin nömrəsi və adı: 02/2010/2354 AZE Masallı-Astara avtomobil yolu, Hissə B 03/2010/2354 AZE Masallı-Astara avtomobil yolu, Hissə C Təkliflərin təqdim edilməsinin son tarixi: İlkin 22 oktyabr 2010-cu il saat 17:00 Yeni tarix: 3 noyabr 2010-cu il saat 17:00
1. Azərbaycan Hökuməti Masallı-Astara avtomobil yolu layihəsinin daxil edildiyi Yol Şəbəkəsinin İnkişaf Proqramı, Layihə 1: Cənub Nəqliyyat Dəhlizinin Təkmilləşdirilməsi Layihəsinin həyata keçirilməsi məqsədilə Asiya İnkişaf Bankından (AİB) borc alaraq həmin vəsaitin bir hissəsini sözügedən layihə çərçivəsində aparılacaq ödənişlərə sərf etmək niyyətindədir. Tender AİB-in məqbul hesab etdiyi ölkələrdən olan iddiaçılar üçün açıqdır.
2. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti ("Sifarişçi") aşağıdakı iki lot üzrə nəzərdə tutulan ixtisas meyarlarına cavab verən iddiaçıları Beynəlxalq Rəqabətli Tender (BRT) çərçivəsində tender təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir.
Masallı-Astara avtomobil yolunun B hissəsinin (22.15 km - 45.0 km) tikintisi. Podrat işlərinə yeni yol oxu üzrə 22.85 km uzunluğunda iki hərəkət hissəli avtomobil yolu, müxtəlif səviyyəli iki yol kəsişməsi, on bir körpü, drenaj qurğuları (düzbucaqlı və dairəvi suötürücü borular daxil olmaqla), iki piyada keçidi, dörd istirahət zonasının tikintisi və kommunikasiya xətlərinin köçürülməsi işləri daxildir.
Masallı-Astara avtomobil yolunun C hissəsinin (45.0 km - 61.4 km) tikintisi. Podrat işlərinə yeni yol oxu üzrə 16.4 km uzunluğunda iki hərəkət hissəli avtomobil yolu, müxtəlif səviyyəli iki yol kəsişməsi, yeddi körpü, drenaj qurğuları (düzbucaqlı və dairəvi suötürücü borular daxil olmaqla), iki piyada keçidi, bir yol ötürücüsü və kommunikasiya xətlərinin köçürülməsi işləri daxildir.
3. İddiaçılar ya Hissə B və ya Hissə C və yaxud Hissə B və Hissə C üzrə təkliflərini o şərtlə təqdim edə bilər ki, müvafiq ixtisas meyarlarına cavab versin və bir və ya hər iki Müqaviləni qənaətbəxş səviyyədə yerinə yetirə bilsin.
4. İddiaçılar üçün nəzərdə tutulan ixtisas meyarlarına aşağıdakılar daxildir:
İ. Son 3 il üzrə B hissəsi üçün 100 milyon ABŞ dolları, C hissəsi üçün 75 milyon ABŞ dolları, B və C hissələri üçün 175 milyon ABŞ dolları dəyərində illik minimal tikinti dövriyyəsi;
ii. B hissəsi üçün 24 milyon ABŞ dolları, C hissəsi üçün 16 milyon ABŞ dolları, B və C hissələri üçün 40 milyon ABŞ dolları dəyərində maliyyə vəsaitlərinin axınına dair tələblərə cavab verməklə satıla bilən aktivlər, vergidən azad maddi aktivlər, kredit xəttləri qismində maliyyə resurslarına malik olmaq.
iii.Nəzərdə tutulan işlərə oxşar B hissəsi üçün hər birinin dəyəri minimum 90 milyon ABŞ dolları, C hissəsi üçün 60 milyon ABŞ dolları, B və C hissələri üçün 150 milyon ABŞ dolları olan son beş ildə ən azı üç müqavilə üzrə podratçı, icraçı podratçı və ya subpodratçı qismində iştirak
iv.Son beş ildə təcrübə:
a)B hissəsi üçün illik ən azı 1,400,000 m3, C hissəsi üçün 1,000,000 m3, B və C hissələri üçün 2,400,000 m3 üzrə torpaq yatağının tikintisi,
b)B hissəsi üçün illik ən azı 8,000 m2, C hissəsi üçün 5,000 m2, B və C hissələri üçün 13,000 m2 körpü döşəməsi ərazisi ilə yanaşı çox aşırımlı körpünün tikintisi,
c)B hissəsi üçün illik ən azı 150,000 m3, C hissəsi üçün 100,000 m3, B və C hissələri üçün 250,000 m3 dənəvər yol geyimi materialının qoyulması,
d)B hissəsi üçün illik ən azı 100,000 m3, C hissəsi üçün 70,000 m3, B və C hissələri üçün 170,000 m3 asfaltın qoyulması.
5. Tender sənədlərinə dair əlavə məlumat əldə etmək məqsədilə iddiaçılar aşağıda qeyd olunan ünvanla əlaqə saxlaya bilərlər:
Cavid Qurbanov - sədr
Əlaqələndirici şəxs: Adil Qocayev
Ünvan: Üzeyir Hacıbəyov küçəsi 72/4
Telefon: 994 12 493 00 45
Faks: 994 12 493 46 65
Email: [email protected]

6. Maraqlanan iddiaçılar B və C hissələri üçün tender sənədlərini yazılı müraciətnamə təqdim etməklə ingilis dilində olmaqla 300 AZN (üç yüz) və ya bu məbləğə ekvivalent olan ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi "Azəryolservis" ASC- nin xəzinəsinə köçürməklə və nağd ödəməklə əldə edə bilərlər. Bank hesabı aşağıdakı kimidir:
Azərbaycan Respublikası
Beynəlxalq Bankının Nəqliyyat Filialı
SWIFT: IBAZAZ2X
Hesab Nömrəsi : 33306019449345490205 AZN 33316018409345490205 USD
İD Kodu : 9900013141
7. Tender sənədləri 3 noyabr 2010-cu il saat 17:00-dək aşağıdakı ünvana B hissəsi üçün 2.4 milyon AZN, C hissəsi üçün 1.5 milyon AZN və ya bu məbləğə ekvivalent olan sərbəst köçürülə bilən valyutada tender zəmanəti ilə birgə təqdim olunmalıdır.
Tender təklifləri iddiaçıların nümayəndələrinin iştirakı ilə 2010-cu il noyabrın 3-də açılacaqdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında