TENDERİN İLKİN SEÇİM MƏRHƏLƏSİNƏ D Ə V Ə T

Layihənin adı

Yolun yenidənqurulması və təkmilləşdirilməsi layihəsi

Ölkə

Azərbaycan

Sektor

Nəqliyyat

Layihə No.

43094

Maliyyə mənbəyi

AYİB

Müqavilənin növü

Layihə üzrə mallar, işlər və xidmətlər

Elanın növü:

Tenderin ilkin seçim mərhələsinə dəvət

Verilmə tarixi

08/06/2015

Başa çatma tarixi

23/07/2015

Tenderin ilkin seçim mərhələsi Avropa Yenidənqurma və İnkişaf  Bankının  layihəsi üzrə 7349-ÜSB-43094 saylı  ümumi satınalma bildirişi əsasında həyata keçirilir. Tenderin ilkin seçim mərhələsinə dəvət bu layihə üzrə ilk dəfə 22 sentyabr 2011-ci ildə dərc olunmuş və adıçəkilən bildiriş 28 sentyabr 2013-cü il və 23 may 2014-cü il tarixlərdə Avropa Yenidənqurma və İnkişaf  Bankının  internet portalında, sonuncu dəfə isə 22  may 2015-ci il tarixdə yenilənmişdir.

Azərbaycan Hökuməti (sifarişçi) Avropa Yenidənqurma və İnkişaf  Bankından (bank ) alınmış borcun bir hissəsini avtomobil yollarının yenidən qurulması və genişləndirilməsi layihəsi çərçivəsində istifadə etmək niyyətindədir. 

Sifarişçi alınmış borcun bir hissəsininin istifadə ediləcəyi müqavilə (lər) üzrə firmaları və birgə müəssisələri tenderin ilkin seçim mərhələsinə dəvət edir.

R42 Bəhrəmtəpə-Biləsuvar və
M3 Əliabad-Şorsulu avtomobil yolu

Müqaviləyə iki mövcud yol hissəsinin yenidən qurulması daxildir; 59 km uzunluğunda R42 Bəhrəmtəpə - Biləsuvar avtomobil yolu və Biləsuvar dairəvi yolu ilə kəsişməsindən M3-ün 15 km uzunluğunda hissəsindən Şorsulu yaxınlığındakı yeni M3 avtomobil yolunun kəsişməsinə qədər olan yol hissəsini əhatə edir. İki zolaqlı bir hərəkət hissəli yolların yenidənqurulması işlərinin çox hissəsi mövcud yol oxuna əsaslanır. Buraya torpaq işləri, yol geyiminin tikintisi, drenaj sistemləri, 3 körpünün yenisi ilə əvəzlənməsi, yol avadanlıqları və yol nişanlarının quraşdırılması daxildir. Yollar və işlər barədə B- hissəsində daha ətraflı şəkildə məlumat verilir.

Podrat müqaviləsinin 2016-cı ilin fevralında imzalanması planlaşdırılır. Tikinti müddəti və qüsurların aradan qaldırıması müddəti, hər biri ayrı-ayrılıqda 24 ay olmaqla nəzərdə tutulur.

Müqavilə üzrə əsas iş həcmləri aşağıda göstərildiyi kimidir:

ı. Asfalt-beton qarışıqlı yeyilmə lay 34,000 m3;

ıı. Asfalt-beton qarışıqlı əlaqələndirici lay 54,000 m3;

ııı. Bitum əsaslı asfalt- beton lay 96,000m3;

ıv. Qırmadaşlı əsaslı lay 107,000m3

v. Dənəvər tərkibli əsasın alt layı 198,000m3;

vı. Dənəvər tərkibli  hamarlayıcı lay 350,000m3;

vıı. Dənəvər tərkibli dolğu 1,125,000m3;

vııı. Konstruksiyalar üçün beton 10,000m3;

ıx. Beton borular 1,300m

Bankdan alınmış borc əsasında maliyyələşdiriləcək müqavilələr üzrə tenderin ilkin seçim mərhələsinin tender  sənədlərini istənilən ölkədən olan firmalar və müştərək müəssisələr ala bilərlər.

 Maraqlanan iddiaçılar tenderin ilkin seçim mərhələsi sənədlərini 100 manat (yüz) və ya 95 (doxsan beş) ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqını  ödədikdən sonra aşağıda göstərilən ünvandan əldə edə bilərlər. Ödəniş nağd və ya aşağıda göstərilən bank hesabına köçürülmə yolu ilə həyata keçiriləcəkdir:

Bank: “Kapitalbank”-ın Rabitə filialı

Benefisiar: “Azəryolservis” ASC

SWİFT: AIIBAZ2X

Hesab nömrəsi: AZ32AIIB38060029441801833118 AZN

AZ39AIIB38160018401801833118 USD

İD nömrəsi: 9900003611

Tələb olunan təqdirdə geri qaytarılmayan iştirak haqqı ödənilməklə sənədlər kuryer poçtu vasitəsilə qeyd olunmuş müddətdə göndərilə bilər, lakin sənədlərin ünvana gec çatdırılmasına və ya itirilməsinə “Azəryolservis” ASC heç bir məsuliyyət daşımır.

Tələb olunarsa, sənədlər elektron PDF formatında yalnız tenderin ilkin seçim mərhələsi  sənədlərini alan firmalara göndərilə bilər. İddiaçı sənədlərin elektron poçt vasitəsilə göndərilməsi ilə bağlı müraciət edərsə, iddiaçı yuxarıda göstərilən bank hesabına ödəniş etməli və bankın ödənişini təsdiqləyən

sənədin nüsxəsini elektron poçt vasitəsilə təqdim

etdiyi təqdirdə sənədləri ala bilər. 

Tenderin ilkin seçim mərhələsi üzrə müraciət formaları 23 iyul 2015-ci il saat 17.00-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır. Sifarişçi gec təqdim olunan sənədləri qəbul etməmək və  açmadan geri qaytarmaq hüququna malikdir.

Bankın ayırdığı maliyyə vəsaiti əsasında maliyyələşdiriləcək müqavilələr üzrə  tenderin ilkin seçim mərhələsi tenderdə  istənilən ölkədən olan firma və firmaların birgə müəssisələri üçün açıq elan edilir. BMT-nin Nizamnaməsinin VII fəslinə uyğun olaraq, ödəmə və ya idxal BMT Təhlükəsizlik Şurasının qərarı və ya alıcının-sifarişçinin ölkəsinin qüvvədə olan qanunları ilə  qadağan olunursa, bankın borc sazişi vəsaitlərindən malların idxal edilməsi məqsədilə fiziki və ya hüquqi şəxslər hər hansı ödənişin həyata keçirilməsi üçün istifadə edə bilməzlər.

Maraqlanan firmalar əlavə məlumat və ilkin seçim sənədlərini aşağıdakı ünvandan əldə edə bilərlər:

Vüqar Quliyev

Satınalma mütəxəssisi, LİQ4

“Azəryolservis” ASC

Üzeyir Hacıbəyov küçəsi, 134, Bakı,

Azərbaycan, AZ1010.

Tel: (+994-12) 4997916

Fax: (+994-12) 4936009

e-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında