Azərbaycan Respublikası
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi
Kredit nömrəsi: 8286-Az
Müqavilənin adı: zona baytarlıq laboratoriyaları üçün sero-sorğu avadanlıqları və reagentləri
İstinad nömrəsi. (satınalma planına uyğun olaraq): A3/G-5
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin xərcləri ilə bağlı Dünya Bankından maliyyə vəsaiti almış, zona baytarlıq laboratoriyalarına sero-sorğu avadanlıqları və reagentləri üçün müqavilə ödənişləri ilə əlaqədar onun bir hissəsini istifadə etmək niyyətindədir. Bu müqavilə Dünya Bankı ilə birlikdə Azərbaycan Respublikasının hökuməti tərəfindən maliyyələşdiriləcək. Tender Dünya Bankının qayda və prosedurları ilə tənzimlənəcək.
2. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi Azərbaycan Respublikası Baytarlıq Laboratoriyası, 11 zona baytarlıq laboratoriyaları və onların əhatə etdiyi regionlar üçün sero-sorğu avadanlıqları və reagentləri ilə bağlı münasib tender iştirakçılarını möhürlənmiş təkliflərini verməyə dəvət edir.
Çatdırılma müddəti 40 gündür.
Tələb olunan bilik və bacarıqlar:
(A) Əgər tender iştirakçısı istehsalçıdırsa:
(I) Maliyyə imkanı
Tender iştirakçısı aşağıdakı maliyyə tələbləri ilə uyğunlaşdığını sübut edən sənədləri təqdim etməlidir: Tender iştirakçısının son üç ildə olan (2012-2013-2014) orta illik dövriyyəsi 1,500,000 ABŞ dolları və ya onun ekvivalentindən yuxarı olmalıdır.
İlin başlanğıcında və sonunda pul vəsaitləri və onların ekvivalentləri (orta hesabla) son üç ildə (2012 - 2013 - 2014) müsbət olmalıdır.
Siyahıdakı tələblər birgə müəssisənin tərəfdaşlarına da aid olacaq. Əlavə olaraq birgə müəssisənin bütün üzvləri tələb edilən texniki sahədə təcrübəyə malik olmalı və birgə müəssisənin hər bir üzvü lazımi dövriyyənin ən azı 25%-ni təmin etməlidir.
(II) Təcrübə və texniki imkan
Tender iştirakçısı aşağıda verilən təcrübə tələbləri ilə uyğunlaşdığını sübut edən sənədləri təqdim etməlidir.
Tender iştirakçısı son üç (3) il ərzində sero-sorğu avadanlıqları və reagentlərinin təchizi ilə bağlı ən azı iki (2) uğurlu müqaviləni tamamlamış olmalıdır.
Qeyd: birgə müəssisələrlə bağlı tələblər birgə müəssisənin tərəfdaşlarına da aid olacaq. Əlavə olaraq birgə müəssisənin bütün üzvləri tələb edilən texniki sahədə təcrübəyə malik olmalı və birgə müəssisənin hər bir üzvü lazımi dövriyyənin ən azı 25%-ni təmin etməlidir.
(III) Sübut sənədləri
Tender iştirakçısı təklif etdiyi malların aşağıda göstərilən istifadə tələbləri ilə uyğunlaşdığını sübut edən sənədləri təqdim etməlidir:
elektrik avadanlıqları Azərbaycanın mövcud elektrik təchizatı sisteminin tələbləri ilə uyğunlaşmalıdır;
bütün mallar məqsədəuyğun olmalı, yəni VII bölmədə tələblərin siyahısı, texniki spesifikasiyalarda verilmiş tələb olunan texniki spesifikasiyalarla uyğunlaşmalıdır.
(B) Əgər tender iştirakçısı istehsalçı deyilsə:
Əgər tender iştirakçısı istehsalçı deyilsə, lakin, istehsalçının icazə forması əsasında istehsalçının adından malları təklif edirsə (IV bölmə, tender təklifləri formaları), onda istehsalçı yuxarıda verilən bilik və bacarıqlarla (i), (ii), (iii) uyğunlaşdığını, tender iştirakçısı isə son 5 ildə oxşar mallarla bağlı ən azı 2 müqaviləni uğurla başa çatdırdığını nümayiş etdirməlidir.
3. Tender proseduru Dünya Bankının təlimatlarında (BYİB, BİA kreditləri və qrantları çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satınalması, 2011-ci il yanvarda yaradılıb və 2014-cü il iyulda düzəliş olunub (satınalma təlimatları) verildiyi kimi beynəlxalq müsabiqəli tender prosedurları vasitəsilə aparılacaq və o satınalma təlimatlarında qeyd olunduğu kimi bütün münasib tender iştirakçılarına açıqdır. Əlavə olaraq xahiş edirik, maraqların toqquşması ilə bağlı Dünya Bankının siyasətini formalaşdıran 1.6 və 1.7-ci bəndlərə baxın.
4. Maraqlanan münasib tender iştirakçıları Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin Layihə İdarəetmə Qrupunun nümayəndəsi Pərvanə İsmayılovadan ([email protected] ƏTRAFLI MƏLUMAT ƏLDƏ EDƏ BİLƏR VƏ AŞAĞIDA QEYD OLUNAN ÜNVANDA SAAT 9.00-DAN 17.00-A KİMİ İŞ SAATLARI ƏRZİNDƏ TENDER SƏNƏDLƏRİNİ NƏZƏRDƏN KEÇİRƏ BİLƏRLƏR.
5. İngilis dilində olan tender sənədlərinin tam toplusu aşağıdakı ünvana yazılı müraciət olunmaqla, 150 ABŞ dolları və ya 158 AZN həcmində qaytarılmayan məbləğin ödənilməsində maraqlı olan münasib tender iştirakçısı tərəfindən əldə oluna bilər. Ödəniş bank köçürməsi və ya müəyyən hesab nömrəsinə birbaşa depozit qoymaqla həyata keçiriləcək. Sənəd xaricə göndərildiyi təqdirdə aviapoçt, yerli ünvana çatdırılacağı təqdirdə isə yerüstü poçt və ya kuryer vasitəsilə göndəriləcək.
Benefisiar bank:
Azərbaycan Beynəlxalq Bankı ASC
ABB Premyer Müştəri Xidməti
S.W.I.F.T: IBAZAZ2X
Bank kodu: 805250
Bankın VÖEN-i: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944 Azərbaycan Milli Bankı vasitəsilə (AZN-lə ediləcək ödənişlər üçün)
Müxbir hesab: 36083186 Citibank N.A, Nyu York, NY; SWIFT kod: CITIUS33XX (ABD ilə olan ödənişlər üçün)
Hesablaşma hesabı: AZN-AZ03IBAZ38090069449330335120
ABD-AZ73IBAZ38190078409330335120
6. Təkliflər 30 iyun 2015-ci il saat 15.00-da və ya ondan əvvəl aşağıda qeyd olunan ünvana göndərilməlidir. Elektron şəkildə təklif göndərilməsinə icazə verilmir. Gecikmiş təkliflər qəbul olunmayacaq. Təkliflər 30 iyun 2015-ci il yerli vaxtla saat 15.00-da aşağıdakı ünvanda təklif verənlərin təyin olunan nümayəndələrinin və iştirak etmək arzusunda olan digər şəxslərin iştirakı ilə açılacaq.
7. Bütün təkliflər 15.000 ABŞ dolları həcmində tender zəmanəti ilə müşayiət olunmalıdır.
8. Ünvan:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
8-ci mərtəbə, 803-cü otaq
Cənab Zaur Əliyevin diqqətinə
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi baş direktorunun müavini
Azərbaycan, Bakı, AZ1000 Hökumət evi, Üzeyir Hacıbəyov küçəsi, 80
Tel: (+99412) 4937108
Sayt: www.agro.gov.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.