Azərbaycan Respublikası
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Maliyyə sektorunun modernləşdirilməsi layihəsi
Qrant: No. TF011975
Tapşırığın adı: “Azərpoçt” MMC-nin yeni imicinin pilot region üzrə formalaşdırılması kompaniyasının keçirilməsinin istinad nömrəsi (satınalma planına uyğun olaraq) Azerpost/CS-2/15:
Azərbaycan Respublilası Hökuməti maliyyə sektorunun modernləşdirilməsi (MSM) layihəsi çərçivəsində xərclərin qarşılanması məqsədilə Dünya Bankından maliyyə vəsaiti almış və bu vəsaitin bir hissəsini məsləhət xidmətlərinə sərf etmək niyyətindədir. Bu layihə üçün maliyyələşmə SECO təşkilatı tərəfindən təmin olunmuşdur.
Həmin məsləhət xidmətlərinə 3 ay ərzində pilot region üzrə 7 poçt şöbəsi vasitəsilə “Azərpoçt” MMC-nin yeni imicinin formalaşdırılması sahəsində texniki yardımın göstərilməsi daxildir.
Bu texniki yardım layihəsinin əsas məqsədi “Azərpoçt” MMC-nin marketinq və satış strategiyasının tərkib hissəsi kimi onun brend strategiyasının yenidən müəyyənləşdirilməsinə kömək göstərilməsidir. Bununla əlaqədar işin əsas hissəsi:
A) əhali arasında brend məlumatlılığı və “Azərpoçt” MMC-nin xidmələri haqda pilot region üzrə sorğunun keçirilməsi;
B) 3 ay ərzində “Rebranding” kompaniyasının hazırlanması və keçirilməsi;
C) bazar araşdırılması, marketinq strategiyası, bazar planlaşdırması, kommunikasiya planlaşdırması və media planlaşdırması sahəsində “Azərpoçt” MMC-nin potensialının daha da gücləndirilməsinə istiqamətin verilməsi və dəstəyin göstərilməsi;
Layihənin məqsədlərinə və təqdim olunacaq sənədlərə aşağıdakılar daxildir:
A) Brend təhlilinin aparılması və maliyyə xidmətlərinin göstərilməsində “Azərpoçt” MMC-nin pilot region üzrə hazırkı bazar mövqeyinin və bazar fəaliyyətinin qiymətləndirilməsinə dəstəyin göstərilməsi;
B) Kommunikasiya üçün təfərrüatlı media planın hazırlanması;
C) Şirvan pilot şəhərində kommunikasiya planı və media planlaşdırılmasının həyata keçirilməsi
Nəticələrə əsaslanaraq aşağdakılar həyata keçirilməlidir:
“Azərpoçt” MMC-nin hazırkı marketinq planının nəzərdən keçirilməsi, satış, reklam üçün spesifik və ölçülə bilən meyarlar müəyyənləşdirməklə, “Azərpoçt”un marketinqinin gücləndirilməsi məqsədilə yenilənmiş strategiyanın hazırlanmasında dəstəyin göstərilməsi;
Brendin formalaşdırılması və bazar mövqeyinin müəyyənləşdirilməsi üçün təzə və ya yenilənmiş konsepsiya kommunikasiyanın səmərəliliyinin qiymətləndirilməsinə imkan verən və obyektiv şəkildə yoxlanıla bilən göstəricilərin də əks olunduğu inteqrasiya edilmiş kommunikasiya planının hazırlanmasında “Azərpoçt”a dəstəyin göstərilməsi;
“Azərpoçt” MMC məsləhət xidməti sahəsində təklif təqdim etmək hüququ olan məsləhətçi şirkətləri (məsləhətçilər) yuxarıda qeyd olunmuş xidmətləri göstərmək üçün maraq ifadələrini bildirməyə dəvət edir. Maraqlı olan məsləhətçilər bu xidmətləri göstərmək üçün tələb olunan ixtisas göstəriciləri və müvafiq təcrübəyə malik olduqlarını əks etdirən məlumatı təqdim etməlidirlər. Məsləhətçilər kompaniya ərzində ən azı 5 ay müddətinə Azərbaycanda olmalıdırlar.
Maraqlı məsləhətçilər maraq münaqişəsi ilə əlaqədar Dünya Bankının siyasətini özündə əks etdirən “Dünya Bankının Borcalanları tərəfindən BYİB kreditləri və BİA kredit və qrantları çərçivəsində məsləhətçilərin seçilməsi və fəaliyyəti təlimatı”nın (yanvar, 2011-ci il) 1.9 bəndinə diqqət yetirməlidirlər.
Məsləhətçilər özlərinin ixtisas göstəricilərini artırmaq məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında əməkdaşlıq edə bilərlər.
Məsləhətçi Dünya Bankının məsləhətçi təlimatında göstərilmiş qiymət və keyfiyyət əsasında seçim üsuluna uyğun olaraq seçiləcəkdir.
Əlavə məlumat almaq üçün həftənin iş günləri saat 9.00-dan 18.00-dək müraciət edilə bilər. Maraq ifadələri yazılı şəkildə (şəxsən, poçtla, faksla və ya e-poçt vasitəsilə) 2015-ci il iyunun 8-dək aşağıdakı ünvana təqdim olunmalıdır:
“Azərpoçt” MMC
Nazim Süleymanov: baş direktor müavini
Azerbaycan, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 36, AZ1000
Tel: +99412 4935600 (dax. 160)
Fax: +99412 4931490
E-mail: [email protected], [email protected]
Web site: www.azerpost.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.