Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Naz

İnvestisiya təklifləri respublikanın bütün şəhər və rayonları üzrə qəbul olunur.
İnvestisiya layihəsinə dair şərtlər:
- investisiya layihəsində müasir standartlara və sanitar-gigiyenik qaydalara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması nəzərdə tutulmalıdır;
- müəssisədə müasir standartlara cavab verən texnologiyaya uyğun avadanlıqlar quraşdırılmalı və hazır məhsulun və xammalın saxlanılması üçün müasir anbar kompleksi yaradılmalıdır;
- müəssisədə müasir tələblərə cavab verən qablaşdırma və laboratoriya avadanlıqları quraşdırılmalıdır;
- müəssisənin yaradılması üçün seçilən ərazi əlverişli infrastruktura malik olmalıdır;
- xammal tələbatının ödənilməsi üçün istehsalçılarla sövdələşmələr olmalıdır;
- investisiya layihəsi optimal müddətdə reallaşdırılmalıdır;
- investisiya təklifinin ümumi dəyərinin ən azı 30%-i sahibkarlıq subyektinin şəxsi vəsaiti, qalan hissəsi isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli qaydada maliyyələşdirilir.
İnvestisiya layihəsinin maliyyələşdirilməsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC və onun törəmə şirkətləri tərəflərin razılığı əsasında payçı qismində iştirak edə bilər.
Sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Müvəkkil kredit təşkilatları maliyyələşdirilməsi barədə müsbət qərar qəbul etdiyi investisiya layihələrinə dair məlumatları iki nüsxədə, hər biri ayrı-ayrılıqda möhürlənmiş zərflərdə olmaqla 2010-cu il 8 noyabr saat 18.00-dək Sahibkarlığa Kömək Milli Fonduna təqdim etməlidir.
Sahibkarlıq subyektlərinin investisiya təklifi zərfləri 2010-cu il 10 noyabr tarixində saat 12.00-da İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun Akt Zalında (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172, 5-ci mərtəbə) açılacaqdır.
Təqdim edilmiş investisiya təkliflərinə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq Fond tərəfindən baxılacaq və maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələr 2010-cu il 24 noyabr tarixində elan olunacaqdır.
Sahibkarlar əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 433-63-66, (055) 227-01-36,
(055) 229-29-99; (055) 227-01-30
Faks: (012) 433-63-68
e-mail: [email protected]

{nl}

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında