“ ANA VƏTƏN PARTİYASI”nın 2014-cü il dekabrın 31-nə

  Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı 

                                                               Manatla

Maddələrin adı                    Hesabat dövrü üzrə                            Əvvəlki dövr üzrə               

1              2             3              4              5              6

Gəlirlər o cümlədən:                                           106534.09                               

 Dövlət büdcəsindən ayrılan vəsait                106534.09                                            

Xərclər, o cümlədən:                                          109144.35                             

Cari işlərə sərf olunan vəsait                            74567.83                                                 

Siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər                              10789.92                                                 

Aşağı təşkilatlara ödənclər                               10740.0                                    

Ümumi mənfəət (zərər)                                       2610.26                  

MÜSTƏQİL AUDİTORUN RƏYİ  (HESABATI) № 114

“Ana Vətən” Partiyasına

Mən, Azərbaycan Respublikası Auditorlar Palatasının 22 İyul 2014-cü il tarixli 080807 saylı (qeydiyyat nömrəsi AT/112) lisenziyasına məxsus “ŞƏFƏQ AUDİT KONSALTİNQ” MMC-nin direktoru–auditor Ağayev Akif Ağa oğlu tərəfindən “Ana Vətən” Partiyası ilə AT-169 saylı 09.02.2015-ci il tarixli ikitərəfli bağlanmış müqaviləyə görə 1 yanvar 2014-cü il tarixdən 31 dekabr 2014-cü il tarixinə bitən il üzrə partiyanin təqdim etdiyi balansın, gəlirlərin, xərclərin, əsas vəsaitlərin və izahlı qeydlərin əsasında Maliyyə Hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına uyğunluğunun auditini apardım. Audit 16 fevral 2015-ci il tarixdə başlandı, 17 fevral 2015-ci il tarixdə başa çatdırıldı.

Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti

Bu Maliyyə Hesabatlarının Milli Mühasibat Uçotu Standartları əsasında hazırlanmasına və obyektiv təqdimatına görə məsuliyyəti partiya rəhbərliyi daşıyır. Həmin məsuliyyət “Mühasibat Uçotu Haqqında” Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 716-İİQ saylı qanunu ilə və “Maliyyə Hesabatlarının təqdim edilməsi” üzrə 1 saylı MUBS ilə əsaslandırılır.

Rəhbərliyin məsul olduğu vəzifələrə aşağıdakılar daxildir: maliyyə hesabatlarının mühüm təhriflərə yol vermədən və saxtalaşdırmadan hazırlanması və obyektiv təqdimatı üçün daxili nəzarətin planlaşdırılması, şəraitə müvafiq mühasibat hesablamalarının aparılması.

Adı çəkilən qanunun 16-cı maddəsinə (mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət) əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin pozulmasına görə təqsirkar olan şəxslər müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 

Auditorun məsuliyyəti

Mənim məsuliyyətim apardığım auditin nəticəsinə əsaslanaraq partiyanin maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Mən auditi Milli Mühasibat Uçotunun Audit Standartlarına uyğun olaraq keçirmişəm. Həmin standartlar tələb edir ki, mən etik tələbləri yerinə yetirməklə auditi elə planlaşdırım və həyata keçirim ki, maliyyə hesabatlarının ciddi təhrifə məruz qalmadığına kifayət qədər əmin olum.

Audit zamanı maliyyə hesabatlarında əks olunan məbləğ və açıqlamalar üzrə dəlillər əldə etmək üçün prosedurlar aparılır. Prosedurlar, təhriflə bağlı riskin qiymətləndirilməsi də daxil olmaqla, auditorun mühakiməsindən asılıdır. Belə riskin qiymətləndirilməsi zamanı auditor qurumun maliyyə hesabatlarının hazırlanması və obyektiv şəkildə təqdimatı üçün müvafiq olan daxili nəzarət sistemini nəzərə alır.

Audit zamanı həmçinin tətbiq olunan mühasibat uçotu siyasətinin və rəhbərlik tərəfindən aparılan mühasibat hesablamalarının məqsədə uyğunluğu, eləcə də, maliyyə hesabatlarının ümumi təqdimat forması qiymətləndirilir.  

Mən hesab edirəm ki, apardığım audit nəticəsində əldə etdiyim dəlillər rəy vermək üçün uyğundur və kifayət qədərdir.

RƏY

Mənim fikrimcə, əldə edilən bu maliyyə hesabatları 31 dekabr 2014-cü il tarixə bitən il üzrə “Ana Vətən” Partiyasının fəaliyyətinin nəticələrini və maliyyə vəziyyətini Maliyyə Hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Rəy 17 fevral 2015-ci il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri “Ana Vətən” Partiyasının rəhbərliyinə təqdim edilir, ikincisi isə auditor təşkilatında saxlanılır.

“Şəfəq Audit Konsaltinq” MMC-nin direktoru–auditor: A. A. Ağayev 17 fevral 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında