Şriftin ölçüsü:
05.10.2010 07:07 | Oxunma sayı: 372
Azərbaycan Respublikası Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə Kredit №4395-AZ
Azərbaycan Respublikası Hökuməti "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə"nin həyata keçirilməsi məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır və bu vəsaitin bir hissəsini 5 (beş) yataqxananın təmirinə və bir elektrik təchizatı şəbəkəsinin tikintisinə sərf etmək niyyətindədir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu aşağıdakı işlər üzrə iştirak hüququ olan iddiaçıları möhürlənmiş zərflərdə tender təklifləri təqdim etməyə dəvət edir.
{nl}
№ Müqavilə İşlərin təsviri Tenderin növü
1. SFDI/4395-AZ/237 Beyləqan rayonu, Qarallar kənd qış yataqlarında məskunlaşmış məcburi köçkünlər üçün elektrik təchizatı şəbəkəsinin tikintisi Açıq yerli
2. SFDI/4395-AZ/238 Şirvan şəhəri, leytenant İbrahimov küçəsi, 1 nömrəli ünvanda yerləşən 1 saylı yataqxananın təmiri Açıq yerli
3. SFDI/4395-AZ/239 Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, 4 nömrəli ünvanda yerləşən Etilen-Polietilen zavodunun 10№li yataqxanasının təmiri Açıq yerli
4. SFDI/4395-AZ/240 Sumqayıt şəhəri, 41-ci məhəllə, SAM zavodunun 9 saylı yataqxanasının təmiri Açıq yerli
5. SFDI/4395-AZ/241 Şirvan şəhəri, F.Eynullayev küçəsi, 13 nömrəli ünvanda yerləşən 2 saylı yataqxananın təmiri Açıq yerli
6. SFDI/4395-AZ/242 Sumqayıt şəhəri, 41-ci məhəllə, SAM zavodunun 7a saylı yataqxanasının təmiri Açıq yerli
{nl}
Tender müsabiqəsi Dünya Bankının tərtib etdiyi və Dünya Bankının İnternet səhifəsindən əldə edilə biləcək Rəhbərlik sənədində: BRİB və BİA kreditləri üzrə satınalmalar (cari nəşr) göstərilən açıq yerli tender müsabiqəsinin prosedurlarına əsasən həyata keçiriləcəkdir və rəhbərlik sənədində göstərildiyi kimi bütün iştirak hüququ olan iddiaçılara aiddir.
Maraqlanan iştirak hüquqlu iddiaçılar əlavə məlumat və tender sənədlərinin yoxlanılması üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna iş saatları - 9:00-18:00 ərzində müraciət edə bilərlər. Maraqlanan iddiaçılar tender sənədlərinin Azərbaycan dilində tam paketini yazılı müraciət təqdim etdikdən və heç bir halda geri qaytarılmayacağı şərti ilə 50 (əlli) manat aşağıdakı hesaba ödədikdən sonra Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan ala bilərlər.
MKSİF-in bank rekvizitləri:
ABB kod: 805045;
VÖEN: 9900001881;
m/h: 0137010002944;
S.W.İ.F.T. Bik.: İBAZAZ2X
Hesab №-si: 33308029449330878120
MKSİF-in VÖEN-i: 1400305341
Təkliflər 2 nüsxədə tərtib olunmalıdır (1 əsli və 1 surəti, Azərbaycan dilində).
Bütün tender təklifləri bank tərəfindən verilmiş aşağıdakı məbləğdə tender təminatı ilə birlikdə 5 noyabr 2010-cu il, saat 16:00-dək aşağıdakı ünvana təqdim olunmalıdır. Tender təminatlarının məbləğləri: a) Beyləqan rayonu, Qarallar kənd qış yataqlarında məskunlaşmış məcburi köçkünlər üçün elektrik təchizatı şəbəkəsinin tikintisi - 2 500 manat;
b) Şirvan şəhəri, leytenant İbrahimov küçəsi, 1 nömrəli ünvanda yerləşən 1 saylı yataqxananın təmiri - 4 500 manat;
c) Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, 4 nömrəli ünvanda yerləşən Etilen-Polietilen zavodunun 10№li yataqxanasının təmiri - 4 000 manat;
d) Sumqayıt şəhəri, 41-ci məhəllə, SAM zavodunun 9 saylı yataqxanasının təmiri - 4 000 manat;
e) Şirvan şəhəri, F.Eynullayev küçəsi, 13 nömrəli ünvanda yerləşən 2 saylı yataqxananın təmiri - 4 500 manat;
f) Sumqayıt şəhəri, 41-ci məhəllə, SAM zavodunun 7a saylı yataqxanasının təmiri - 4 000 manat.
Tender təkliflərinin açılışı 5 noyabr 2010-cu il saat 16:00-da aşağıdakı ünvanda keçiriləcək. Gecikdirilən tender təklifləri qəbul olunmayacaqdır.
Tender sənədlərinin toplusu və tenderlə bağlı əlavə məlumatlar aşağıdakı ünvandan əldə edilə bilər:
Azərbaycan Respublikası, AZ1122 Bakı şəhəri, Tbilisi prospekti 57, MKSİF
Tel: (99412)4318703, 4318769
Faks: (99412)4318211;
e-mail: [email protected]
Əlaqələndirici şəxs: S.Əhmədov-MKSİF-in satınalmalar üzrə meneceri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.