Azərbaycan Respublikasının Mərkəzi Bankında

İstismarda olan informasiya sistemlərinin ehtiyat surətlərinin yaradılması ilə əlaqədar
texniki avadanlıqların alınması və quraşdırılması üçün 

T E N D E R   E L A N I

1.Azərbaycan Respublikasının Mərkəzi Bankı texniki avadanlıqların satın alınması və quraşdırılması işlərinin həyata keçirilməsi üçün icraçı şirkətin seçilməsi məqsədilə açıq tender keçirir.

Tender proseduru 27 may 2015-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə satınalma prosedurlarında iştirak etmək üçün müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

- Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 13 iyul 2015-ci il tarixədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) faiz məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);

- Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;

- əsas şərtlər toplusunda nəzərdə tutulmuş iddiaçıya aid digər məlumatlar.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 26 may 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 18 may 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli  ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidirlər:

 Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944, m/h AZ74NABZ01451700000000001944, kod 501004, VÖEN 9900071001.

5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.

6. Malların təqdim edilməsi müddəti: texniki avadanlıqlar satınalma müqaviləsinin imzalandığı gündən ən geci 30 bank günü ərzində.

7. Qiymətləndirmə meyarları: qiymət və texniki amillər (ödəniş şərtləri, təminat və çatdırılma müddəti).

8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Elman Muradov (İnformasiya Texnologiyaları Departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-83-41, elektron poçt ünvanı:elman_muradov @cbar.az.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında