Azərbaycan Respublikası Din Daxili Qoşunlarının Baş İdarəsi

 2015-ci ildə mebellərin satınalınması üçün

AÇIQ   TENDER  ELAN  EDİR

Tender 1 lot üzrə keçirilir:

LOT-1: Mebellərin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları bu sahədə peşəkarlığa, lazımi texniki və maliyyə imkanlarına malik olmalı, məhkəməyə cəlb olunmamalı, əvvəllər yerinə yetirdiyi müqavilələrə görə onlara qarşı irad tutulmamalı, cərimə tətbiq olunmamalıdır.

Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Daxili Qoşunların Baş İdarəsinin hesablaşma hesabına aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra 2 iyun 2015-ci il tarixədək, Bakı, Q.Musabəyov küçəsi, 4 nömrəli ünvanda əlaqələndirici şəxsdən ala bilərlər:

B1. Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi,

Kod -210005,

VÖEN: 1401555071,

M/h AZ 41 NABZ 01360100000000003944,

SWİFT BİK: CTRE AZ 22.

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi,

h/h-AZ 44 CTRE 00000000000002458570,

VÖEN: 1500426471.

D3. Büdcə təsnifatının kodu 142340,

D4. Büdcə səviyyəsinin kodu 7.

Daxili Qoşunların Baş İdarəsinin tenderində iştirak haqqı.

LOT-1 üçün - 200 manat.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:

tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);

iştirak haqqının ödənilməsi barədə sənəd;

tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

tender təklifi qiymətinin 2 %-i həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;

iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusda təsdiq edilmiş surəti).

Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən  sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 2 iyun 2015-ci il tarixdən gec olmayaraq DQBİ-nin  tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfdə imzalanmış, möhürlənmiş şəkildə 10 iyun 2015-ci il saat 17.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər, açılmadan iddiaçılara qaytarılacaqdır.

Zərfin üzərinə 11 iyun 2015-ci il tarixə kimi açılmamalıdır sözləri yazılmalıdır.

Təklif zərfləri 11 iyun 2015-ci il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində açılacaqdır.

Tender proseduru “Dövlət satıınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

Əlaqə telefonu: 569-95-10.

TENDER  KOMİSSİYASI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında