Teymur Əhmədov adına "AZNAR" Qapalı Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

2010-cu il noyabrın 5-də saat 14:00-da Göyçay şəhəri, Natəvan küçəsi, 120 nömrəli ünvanda cəmiyyətin inzibati binasında "AZNAR" Qapalı Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:
1) Teymur Əhmədov adına "AZNAR" QSC-nin səhmlərinin yeni (ikinci) emissiyasının nəticələri haqqında.
2) "AZNAR" QSC-nin əsas səhmdarı Əhmədov Fərhad Teymur oğluna məxsus olan daşınmaz əmlak: onun xüsusi mülkiyyətindəki "Baku Kaspian Lənd Limited" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindəki torpaq sahələrinin cəmiyyətin nizamnamə kapitalına qoyulması hesabına nizamnamə kapitalının artırılması haqqında.
3) Keçmiş illərin zərərlərinin silinməsi haqqında.
4) Öz səhmlərini satmaq niyyətində olan bəzi səhmdarların ərizələrinə baxılması haqqında.
5) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "AZNAR" QSC nizamnaməsinə əsasən əvəllər buraxılmış səhmlərin bir hissəsinin geri alınması haqqında.
6) Müşahidə şurasının tərkibi haqqında.
7) Xüsusi əhəmiyyətli əqdin: Cəmiyyətin əsas səhmdarı Əhmədov Fərhad Teymur oğlu ilə "AZNAR" QSC arasında 01.08.2010-cu il tarixdə bağlanmış borc müqaviləsinin təsdiq edilməsi barədə.
8) Cari məsələlər.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar müşahidə şurası vasitəsilə növbədənkanar ümumi yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyət vəsiqəsi, səhmdarların nümayəndələri isə şəxsiyyət vəsiqəsi və etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonları: (+99412)441-20-96; (+99412) 4410452; Fax: (99412) 4408784
Ünvan: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 59-59a, 2-ci mərtəbə, ofis 1

{nl}

Müşahidə şurası

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında