Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Respublika Baytarlıq Laboratoriyasına tələb olunan avadanlıqların alınması və
quraşdırılması üçün malların alınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

Dəvət No. KTN-RBL-01/2015

Tarix: 18 mart 2015-ci il

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra satınalan təşkilat adlanacaq) potensial iddiaçıları aşağıdakı malların təchizatı və quraşdırılması üçün öz təkliflərini təqdim etməyə dəvət edir.

Respublika Baytarlıq Laboratoriyasının yarma otağı, nümunə otağı (serologiya, virusologiya, quduzluq, bakterioloji, parazitologiya, kimya toksikologiya, metal analizləri, radiologiya məqsədli cihazlar və avadanlıqlar) üçün lazım olan avadanlıqlar, dopinq analizi, DNT analizi, dioksin analizi üçün tələb olunan cihazlar və avadanlıqların təchizatı və quraşdırılması nəzərdə tutulmuşdur. Avadanlıqların geniş təsviri və sayı tender sənədlərində öz əksini tapmışdır.

2. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət;

- yüksək keyfiyyət;

- analoji işlərdə təcrübə (sifarişçilərdən yazılı təsdiqlə birlikdə);

- maliyyə vəziyyəti;

- tələb olunan vaxtda çatdırılma və quraşdırılma;

- avadanlıqların istifadəsi üzrə təlimin keçirilməsi üçün lazımi ixtisaslı işçi heyətinin mövcudluğu (tərcümeyi – hal və heyətin təcrübəsini sübut edən sənədlər) və s.

3. Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

4. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olalıdır);

- tender təklifi dəyərinin 3%-i (üç faiz) həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq, mallar üzrə mənşə və uyğunluq sertifikatları.

5. Tender sənədləri hər hansı təklif verən tərəfindən 200 AZN (iki yüz Azərbaycan manatı) məbləğində geri qaytarılmayan ödənişin aşağıda göstərilən hesaba ödənilməsindən sonra aşağıdakı əlaqələndirici şəxsdən əldə oluna bilər və yoxlanıla bilər.

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T: CTREAZ22

Kənd Təsərrüfatı Nazirliyi

Hesab: AZ 94 CTRE 00000000000002188301

VÖEN: 1700069791

Büdcə səviyyəsi: fond 7

Büdcə təsnifatı: 142340

Ödəniş sənədində ödənişin məqsədi göstərilməlidir.

Telefon: +994 12 4981176

E-poçt: [email protected]

Əlaqələndirici şəxs - Samir Süleymanov

Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi, 80, Hökumət evi, 8-ci mərtəbə, otaq 827.

6. Bu elanın 4-cü paraqrafında göstərilmiş sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 28 aprel 2015-ci il saat 17.00-dan gec olmayaraq aşağıdakı ünvana təqdim olunmalıdır. Təklif verənlər tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 may 2015-ci il saat 17.00-dan gec olmayaraq aşağıdakı ünvana təqdim etməlidirlər:

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi, 80, Hökumət evi, 7-ci mərtəbə, otaq 755.

7. Təkliflər onların açılış tarixindən sonra 30 (otuz) bank günü ərzində etibarlı olmalıdır.

8. Tender təklifinin təminatının müddəti təkliflərin açılış tarixindən etibarən 60 (altmış) bank günü olacaqdır.

9. Təkliflər tender komissiyası tərəfindən iştirak etmək istəyən iddiaçıların nümayəndələrinin iştirakı ilə (təqdimatdan bir gün sonra) 8 may 2015-ci il saat 15.00-da aşağıdakı ünvanda açılacaqdır:

Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi, 80, Hökumət evi, 7-ci mərtəbə, otaq 722.

10. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında