“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin TENDER ELANI

1. “Azərbaycan Beynəlxalq Bankı” ASC, onun və törəmə müəssisələrinin (Qrupun) 2015-ci ilin I yarımillik və illik dövrləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması üçün kənar auditorun seçilməsi məqsədi ilə açıq tender elan edir. “Qrupa” “Azərbaycan Beynəlxalq Bankı” ASC və onun törəmə müəssisələri olan “Bank ”MBA - Moskva” MMC, “ABB - Gürcüstan” SC, “Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azərikard” MMC daxildir.

Tender proseduru  15 may 2015-ci il saat 15.00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin inzibati binasında, AZ1005, Bakı şəhəri, Nizami küçəsi, 67 nömrəli  ünvanda keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- Azərbaycan dilində iki nüsxədə tender təklifi. Təklif tender zərflərinin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə  olmalıdır;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, audit aparmaq hüququ verən xüsusi razılıq (lisenziya) və s.) notarial qaydasında təsdiq edilmiş surətləri;

- iddiaçı hüquqi şəxs olmadıqda onun baş idarəsinin tenderdə iştirakına rəsmi razılığı və tender təkliflərinin verilməsinə səlahiyyətli nümayəndəsinin müəyyən edilməsi barədə sənəd;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

- tenderin əsas şərtlər toplusunun iddiaçıya dair tələblərə uyğunluğu barədə sənədlər və məlumatlar.

3. Tenderin əsas şərtlər toplusunda göstərilən ixtisas göstəricilərinə uyğun olmayan şəxslər tenderdə iştirak edə bilməz və onlar tenderdən kənarlaşdırılacaqdır.

4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci  13 may 2015-ci il saat 18.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 1 may 2015-ci il  saat 18.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

5. İddiaçılar tenderdə iştirak haqqı kimi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aşağıdakı hesabına 500 (beş yüz) manat məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikası Mərkəzi Bankı, müxbir hesab № AZ03NABZ01350100000000002944, kod 805250, SWIFT kodu IBAZAZ2X, VÖEN 9900001881, hesab №-si AZ12

IBAZ34501019440000100100 “Azərbaycan Beynəlxalq Bankı” ASC (xarici iddiaçılar iştirak haqqını ekvivalent məbləğdə valyuta hesabına köçürə bilərlər: ABŞ dolları hesabı: Intermediary Bank Citibank, N.A., New York, SWIFT/BIC CITIUS33, Beneficiary’s account AZ33IBAZ34511018400000100100, Beneficiary’s Bank: International Bank of Azerbaijan, Baku SWIFT/BIC IBAZAZ2X).

6. İddiaçıların tender təklifləri maliyyə və texniki amillər əsasında qiymətləndiriləcəkdir.

7. İşin başlanma vaxtı və işin başa çatdırılması müddəti:

- qrupun 2015-ci ilin I yarım ili üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi və hesabatların təqdimi  15 sentyabr 2015-ci il tarixdən gec olmayaraq;

- qrupun 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi və hesabatların təqdimi 1 aprel 2016-cı il tarixdən gec olmayaraq.

8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə təsdiqedici sənədini təqdim edərək, “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur. Sənədlər “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin inzibati binasının yerləşdiyi AZ 1005, Bakı şəhəri, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim edilməlidir.

Əlaqələndirici şəxs: E.Abbasov (“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin daxili audit departamentinin şöbə müdiri).

Əlaqə telefon nömrəsi:(+99412) 498-85-36 (12-25),

faks: (+99412) 498-85-36 (12-25).

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında