Kompüter, printer, server, şəbəkə avadanlıqları və proqram təminatlarının, habelə printer
və surətçıxarma aparatı kartriclərinin satın alınması üçün
TENDER ELANI
1.Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üçün açıq tender keçirir:
- 1-ci Lot üzrə tenderin predmeti: kompüter, printer, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması.
- 2-ci Lot üzrə tenderin predmeti: printer və surətçıxarma aparatı kartriclərinin satın alınması.
Tender proseduru 30 aprel 2015-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün yazılı müraciət;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə satınalma prosedurlarında iştirak etmək üçün müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tender təklifi (tender təklifi 12 iyun 2015-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
- Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;
- iddiaçının müvafiq sahədə korporativ müştəriləri və ən azı iki illik iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar (yalnız 2-ci lot üzrə iştirak edən iddiaçılar üçün);
- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 29 aprel 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 21 aprel 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir lot üçün 100 (yüz) manat məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944,
m/h AZ74NABZ01451700000000001944, kod 501004, VÖEN 9900071001.
5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.
6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
7. Malların təchizatı və işlərin görülməsi müddəti:
– 1-ci lot üzrə: kompüter, printer, server, şəbəkə avadanlıqları və proqram təminatları tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 45 (qırx beş) təqvim günü ərzində.
– 2-ci lot üzrə: 1 il müddətində printer və surətçıxarma aparatı kartriclərinə dair sifarişçidən yazılı sifariş aldıqdan sonra 5 iş günü ərzində.
8. Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.
9. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Elman Muradov (informasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-83-41, elektron poçt ünvanı:
[email protected]
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.