Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü
münasibəti ilə müsabiqə elan edir

Müsabiqə gənc nəslin vətənə və dövlətə sədaqət ruhunda tərbiyə edilməsi, müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan sərhədlərimizin müqəddəsliyinin, Dövlət Sərhəd Xidmətinin əldə etdiyi nailiyyətlərin, sərhəd xidmətinin xüsusiyyətlərinin, cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhədlərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin, ənənələrin yaşadılması məqsədini daşıyır.

Müsabiqə dörd nominasiya üzrə keçirilir - bədii ədəbiyyat (şeir, hekayə), təsviri sənət (rəngkarlıq), televiziya verilişi və qəzet məqaləsi.

Müsabiqə qalibləri üçün aşağıdakı

mükafatlar təsis olunur:

Bədii ədəbiyyat üzrə:

Şeir

I yer -  1-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

III yer -3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Həvəsləndirici 3 yer: fəxri fərman (hər birinə) və 100 (yüz) AZN məbləğində pul mükafatı.

Hekayə

I yer- 1-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;

III yer- 3-cü dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

Həvəsləndirici 3 yer: fəxri fərman (hər birinə) və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Təsviri sənət üzrə:

Rəngkarlıq

I yer - 1-ci dərəcəli diplom və 700 (yeddi yüz) AZN məbləğində pul mükafatı;

II yer- 2-ci dərəcəli diplom və 600 (altı yüz) AZN məbləğində pul mükafatı;

III yer - 3-cü dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı.

Həvəsləndirici 3 yer: fəxri fərman (hər birinə) və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.

Televiziya verilişi üzrə:

I yer - 1-ci dərəcəli diplom və 600 (altı yüz) AZN məbləğində pul mükafatı;

II yer - 2-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;

III yer -3-cü dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı.

Qəzet məqaləsi üzrə:

I yer - 1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;

II yer- 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı;

III yer-3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.

Həvəsləndirici 3 yer: fəxri fərman (hər birinə) və 100 (yüz) AZN məbləğində pul mükafatı.

Müsabiqənin şərtləri:

1. Müsabiqədə yaşından asılı olmayaraq bütün yaradıcı şəxslər iştirak edə bilərlər.

2. Müsabiqəyə təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydalara əlavə olunur) və zərfə qoyulur. Həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunur. Əsərlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2015 - ci il iyun ayının 20-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə təqdim edilməlidir.

3. Təsviri sənət üzrə iştirakçılar müsabiqəyə 90 x 70 santimetr ölçüdən kiçik olmamaqla əsərlər təqdim etməlidirlər.

4. Təqdim olunan bütün əsərlərdə Azərbaycanın Sərhəd Mühafizəsi tərənnüm edilməlidir.

5. Təqdim olunan işlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.

6. Müsabiqənin şərtləri barədə əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə müraciət etmək olar.

7. Müsabiqənin nəticələri Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 96-cı ildönümü ərəfəsində elan olunacaq.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30

Dövlət Sərhəd Xidməti Aparatının inzibati binası

Əlaqə telefonları: 498-01-29,    498-01-55, 498-01-69

 

 

Müsabiqə iştirakçısının anketi (nümunə)

_______________________________________________________________________

(soyadı, adı, atasının adı)

Doğum tarixi ____________________________________________________________

Təhsili _________________________________________________________________

İş yeri, vəzifəsi __________________________________________________________

Ünvan, telefon (ev, iş, mobil)________________________________________________

Müsabiqəyə təqdim olunan işlər

1.______________________________________________________________________

2.______________________________________________________________________

(əsərin adı)

            İşi təhvil verdi:                                                        İşi təhvil aldı:

_______________________________________________________________________


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında