Cəbhə zonalarında münaqişədən zərər çəkmiş və təmas xəttindən 3 kilometrlik məsafədə yerləşən rayonların kəndlərində Azərbaycan Respublikasının büdcə vəsaiti hesabına üç lotdan ibarət işlərin aparılması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Lot 1: Ağdam rayonunun Mahrızlı, Kolqışlaq və Təzəkənd kəndlərində 26 yaşayış evinin təmiri və yeni evlərin tikintisi üçün inşaat materiallarının paylanması;
Lot 2: Ağdam rayonunun Orta Qərvənd və Çəmənli kəndlərində mühafizə divarının tikintisi;
Lot 3: Tərtər rayonunun Qapanlı kəndində tibb məntəqəsinin tikintisi.
Tender iştirakçıları hər üç lot və yaxud ayrılıqda bir lot üzrə təklif verə bilərlər.
Tenderin keçirilməsində əsas məqsəd yuxarıda qeyd olunan tender predmeti üzrə yüksək texniki və maliyyə potensialına malik olan, peşəkar və səriştəli, nəzərdə tutulmuş təchizat və tikinti işlərini müvafiq standartlara tam cavab verən şəkildə icra edə bilən podratçı təşkilatlarını satınalma proseduruna dəvət etməkdir.
Tenderin keçirilməsində Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun alqı-satqı şərtləri əsas tutulacaqdır.
Tender iştirakçıları təkliflərini 2 nüsxədən ibarət olan möhürlənmiş zərflərdə təqdim etməlidirlər (əsli və surəti).
İddiaçıların tenderdə iştirak etmək üçün göstəriciləri aşağıdakı meyarları tam əhatə etməlidir:
- iddiaçılar son 3 ildə ən azı 2 dəfə tikinti materiallarını müvəffəqiyyətlə paylamaq təcrübəsinə malik olmalıdırlar (obyektlərin siyahısı, ünvanları və icra olunmuş işlərin məbləğini göstərməklə);
- iddiaçılar təmas xətti zonasında, o cümlədən gecə vaxtı işləmək və təhlükəsizliyin təmin edilməsi təcrübəsinə malik olmalıdırlar;
- bərpa işlərinin yerinə yetirilməsi üçün iddiaçılar idarəetmə səriştəsi, lazımi texniki, maliyyə və peşəkar imkanlara malik olmalıdırlar;
- işlərin icrası üçün iddiaçıların sərbəst vəsaitlərə malik olması haqqında arayış;
- iddiaçılar səlahiyyətli bankdan ən azı 0,5 milyon manat məbləğində kredit almaq imkanına malik olmalı və bu imkan haqqında təsdiqedici sənəd təqdim etməlidirlər;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə vergi orqanlarından rəsmi arayışlar;
- iddiaçının son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışları;
- iddiaçıların kredit borclarının olmaması haqqında bank arayışları;
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orğanı tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (forma 1 və forma 2);
- iddiaçılar lazımi qədər avadanlıqlara, xüsusi mexanizmlərə və özlərinin işçi qüvvələrinin tərkibində yüksək səviyyəli mütəxəssislərə malik olmalıdırlar;
- Bərpa Agentliyi tərəfindən əvvəllər keçirilmiş tenderlərdə iddiaçıların təmas xəttindən 3 kilometrlik məsafədə yerləşən kəndlərdə son 3 ildə icra etdikləri obyektlərin yüksək keyfiyyətlə və vaxtında istifadəyə verilməsi bir qayda olaraq nəzərə alınacaqdır.
Tender haqqında ətraflı məlumat almaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikası, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260, III mərtəbə.
Əhməd Əhmədov - əməliyyatlar üzrə menecer
Tel.: (99412) 651 72 81; Faks: (99412) 561 70 98.
Tenderdə iştirak etmək üçün iddiaçılar yazılı müraciəti və hər lot üçün 500 AZN məbləğində geri qaytarılmayan vəsaitin Bərpa Agentiyinin - Azərbaycan Respublikası Beynəlxalq Bankı, ABB ASC “ABB Premyer”, Müştəri xidməti, VÖEN 1400294891, hesab AZN AZ32İBAZ 38030029449330720120; Kod 805250; VÖEN 9900001881; müxbir hesab: AZ 03 NABZ 01350100000000002944; S.W.İ.F.T. kod: BIC: IBAZAZ 2X hesabına köçürülməsi barədə təsdiqedici bank sənədini agentliyə təqdim etməlidirlər.
Möhürlənmiş zərflərdə tender təklifləri 29 aprel 2015-ci il yerli vaxtla saat 14.30-dək yuxarıda göstərilən ünvanda qəbul ediləcəkdir.
Tenderin açılış proseduru 30 aprel 2015-ci il saat 14.30-da Bərpa Agentliyində keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün tender təklifi ilə birlikdə təklifin 2%-i məbləğində bank zəmanəti təqdim etməlidirlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.