Milli Müsabiqəli Tender
NCB No: RERP/PP#-10A3/G/NCB/ITERCENI/04/02/2015
Layihə ID: 7435 AZ
MÖVCUD ELEKTRON NOTARİAT İNFRASTRUKTURUNUN EHTİYAT MƏRKƏZİNİN YARADILMASI ÜÇÜN TƏLƏB OLUNAN İNFORMASİYA TEXNOLOGİYALARI AVADANLIQLARININ SATINALINMASI
Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ
1. Azərbaycan Hökuməti Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin (DƏQL) maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) kredit almış və bu kredit vəsaitlərinin bir hissəsini qeyd olunan
IFB:RERP/PP#-10A3/G/NCB/ITERCENI/04/02/2015 nəticəsində əldə ediləcək saziş(lər)in ödənişinə tətbiq etmək niyyətindədir.
2. Əmlak Məsələləri Dövlət Komitəsi qeyd olunan layihə üzrə icraçı qurum olaraq, müvafiq iddiaçıları “Mövcud elektron notariat infrastrukturunun ehtiyat mərkəzinin yaradılması üçün tələb olunan informasiya texnologiyaları avadanlıqlarının satın alınması”məqsədilə tender təkliflərini möhürlü zərflərdə təqdim etməyə dəvət edir.
3. Tender Dünya bankının təlimatları: BYİB kreditləri və Dünya bankı tərəfindən Beynəlxalq İnkişaf Agentliyi (BİA) kreditləri və qrantları çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satın alınması üzrə müəyyən olunmuş milli müsabiqəli tender prosedurları vasitəsilə həyata keçiriləcəkdir və satınalma qaydalarında müəyyən olunmuş bütün müvafiq iddiaçılar üçün açıqdır. Bundan başqa, Dünya bankının maraqların toqquşması ilə bağlı siyasəti ilə əlaqədar olaraq, 1.6 və 1.7-ci paraqraflarda müəyyənləşdirilmiş müddəalara istinad etməyiniz xahiş olunur.
4. Maraqlanan iddiaçılar daha ətraflı məlumatı DƏQL üzrə Layihə İdarəetmə Qrupunun satınalmalar üzrə assistenti Nigar Hüseynovadan əldə edə bilər (e-mail ünvanı: [email protected] və tender sənədlərini aşağıda qeyd olunan ünvanda, saat 09:00-dan 18:00-a nəzərdən keçirə bilərlər:
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi,
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid prospekti, 31, 6-cı mərtəbə, 612-ci otaq,
AZ1073, Bakı, Azərbaycan, Tel: +994 12 510 91 45 (72-27)
E-mail: [email protected]; [email protected]; [email protected];
5. Maraqlanan iddiaçılar tender sənədlərinin ingilis dilində tam dəstini aşağıda qeyd olunan ünvana yazılı şəkildə müraciət etməklə və 200 ABŞ dolları (iki yüz Amerika Birləşmiş Ştatları dolları) və ya 150 AZN ( yüz əlli Azərbaycan manatı) dəyərində olan, əvəzi ödənilməyən məbləği ödəməklə əldə edə bilərlər. Ödəniş aşağıdakı bank hesabına birbaşa depozit yolu ilə həyata keçiriləcəkdir:
Azərbaycan Respublikasının Beynəlxalq Bankı, “IBA Premier” Müştəri xidməti
Kod: 805250
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.I. F.T Bank: IBAZAZ2X
Benefisiar: Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab nömrəsi: AZN AZ65IBAZ38090029449330358120
USD AZ55IBAZ38190028409330358120
VÖEN: 2000015631
6. Təkliflər aşağıda göstərilən ünvana 1 may 2015-ci il tarixində və yaxud ondan əvvəl, Bakı vaxtı ilə saat 10:50-dək təqdim olunmalıdır. Bütün təkliflər 5000.00 (beş min) ABŞ Dolları məbləğindən az olmayan və yaxud ona bərabər məbləğdə, asanlıqla konvertasiya oluna bilən valyutada “Tender Zəmanəti” ilə birgə təqdim olunmalıdır. Gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir. Təkliflər 1 may 2015-ci il, Bakı vaxtı ilə saat 11:00-da aşağıda göstərilən ünvanda, açılışda şəxsən iştirak etmək arzusunda olan iddiaçı nümayəndələrinin qarşısında açılacaqdır.
7. İddiaçıların diqqəti aşağıdakı məsələlərə yönəldilir (i) onlardan öz təkliflərində bütün proqram təminatlarının ya etibarlı lisenziya ilə təmin olunması, ya da iddiaçı tərəfindən hazırlanması faktını təsdiq etmələri tələb olunacaq və (ii) müqavilə şərtlərinin pozulması halları saxtakarlıq halı kimi hesab olunacaq ki, bu da Dünya Bankının maliyyələşdirdiyi müqavilələr üzrə seçilmək hüququndan məhrum edilməklə nəticələnə bilər.
Yuxarıda istinad olunan ünvan:
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi,
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid prospekti, 31, 6-cı mərtəbə, 612-ci otaq,
AZ1073, Bakı, Azərbaycan, Tel: +994 12 510 91 45 (72-27)
E-mail: [email protected]; [email protected]; [email protected];
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.