Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Server avadanlıqlarının, lisenziyalı əməliyyat sistemlərinin və proqram təminatının satınalınması məqsədilə

 T E N D E R   E L A N  E D İ R

Tender keçirən: Azərbaycan   Respublikası  Maliyyə  Nazirliyi

Ünvan: Bakı  şəhəri, AZ 1022, S.Vurğun  küçəsi, 135.

1. Açıq tenderə razılaşdırılmış müddətdə  və  təqdim olunan texniki şərtlərə uyğun  DDP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə, Maliyyə Nazirliyi üçün  server avadanlıqlarının, lisenziyalı əməliyyat sistemlərinin və proqram təminatının təchiz olunması təklif  edilir.

Tender 2 (iki) lot üzrə keçirilir.

Lot - 1. Maliyyə Nazirliyi mərkəzi aparatının mövcud daxili səbəkəsi üçün əlavə server avadanlıqlarının alınması.

Lot - 2. Maliyyə Nazirliyinin daxili şəbəkəsinin idarə edilməsi üçün lisenziyalı əməliyyat sistemlərinin və proqram təminatının alınması.

2. Tender proseduru 2015-ci il martın 19-u saat 11.00-da  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  IV mərtəbəsində, otaq  №429-da keçiriləcəkdir.

3. Tenderdə  iştirak  etmək  üçün  iddiaçılar  aşağıdakı  sənədləri təqdim etməlidirlər:

3.1. Tenderdə iştirak etmək üçün  ərizə.

3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

4. Tender təklifləri 2015-ci il martın 18-i saat 10.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müasir texnologiyalar  və avtomatlaşdırılmış idarəetmə sistemləri  şöbəsinə təqdim olunmalıdır.

4.1. İstehsal şəraiti və məhsulları (xidmətləri) beynəlxalq standartların tələblərinə cavab verən, server, şəbəkə, kompüter avadanlıqlarının və proqram təminatının təchizində  və satınalınmasında (və ya buna oxşar sahədə) peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi -texniki bazası (öz əmlakından  sərbəst və məhdudiyyətsiz  istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.

4.2. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir.

4.3. Təklif  olunan məhsul  beynəlxalq standartların tələblərinə cavab verən müvafiq sertifikatlara malik olmalıdır.

4.4. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

 5. İddiaçı  təqdim  etdiyi  sənədlərdə  özü  haqqında  aşağıdakı  məlumatları    bildirməlidir.

5.1.  İddiaçının tam adı, ünvanı, hüquqi  statusu,  qeydiyyatdan  keçdiyi  ölkə.

5.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat.

5.3. İddiaçının son bir il əzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

6.  İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.

7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin keçirəcəyi tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət  etdikdən  və  tenderdə  iştiraka görə  Lot-1 üçün - 500 (beş yüz), Lot-2 üçün isə  - 900 manat (doqquz yüz) və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi nəzərə alınmaqla bu məbləğlərin ABŞ dollarında ekvivalentini ödədikdən sonra  tenderin əsas şərtlər toplusunu ala bilərlər.

Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

A1 Benefisiar (alan) bank

Adı:  Azərbaycan  Respublikası Maliyyə Nazirliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944

S.W.İ.F.T.BİK: CTREAZ22

B2 Alan təşkilat

Adı: Azərbaycan  Respublikası Maliyyə Nazirliyi

Hesab №-si 0024527

AZ 83 CTRE 00000000000002108571

Büdcə səviyyə kodu  - 7

Büdcə təsnifat kodu  - 142340

VÖEN: 1400108191

8. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Naziliyinin müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin  baş məsləhətçisi Elçin Qasımovdur.

Əlavə məlumat almaq üçün 2015-ci il martın 18-dək müraciət etmək olar. Telefon:  (99412)  404-47-28  Faks:  (99412)  404-47-20

9. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

10. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun  keçirilir.

Tender  komissiyası 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında