Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi

Bakı Biznes Tədris Mərkəzi

“Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üçün Almaniya-Azərbaycan ikitərəfli proqramı” çərçivəsində müxtəlif ölkələrin sahibkarlarının daxil olduğu beynəlxalq qrupların tərkibində sahibkarların və menecerlərin Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kurslarında iştirakı məqsədilə

MÜSABİQƏ  ELAN   EDİR

Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçmələrinə, onların beynəlxalq təcrübəyə yiyələnmələrinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşünün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

- ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

- menecment sahəsində azı 1  il iş təcrübəsi;

- yaşı 45-dən çox olmamalı;

- ingilis və ya rus dillərini bilməli (proqramın dilindən asılı olaraq).

İxtisasartırma kurslarının aşağıdakı sahələrdə və müddətlərdə keçirilməsi nəzərdə tutulur:

- səhiyyə sahəsində iqtisadi kooperasiya - 2015-ci il (rus dilində).

- səhiyyə sahəsində iqtisadi kooperasiya - 2015-ci il (ingilis dilində).

Almaniyada keçiriləcək  ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:

   1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);

2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

2015-ci il martın 31-də Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üçün müsabiqə keçiriləcəkdir.

Namizədlər aşağıdakı formaları (iki nüsxədən ibarət) tələb olunan qaydada doldurmalı və qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:

- namizəd haqqında məlumat - ingilis dilində (application form)

- namizəd haqqında məlumat - rus dilində (application form)

- zəmanət məktubu (Letter of Refrence)

- vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış.

Formaları Bakı Biznes Tədris Mərkəzinin saytının xəbərlər və ya elanlar bölmələrindən əldə etmək mümkündür: www.bbtc.gov.az

Sənədlər 2015-ci il martın 27-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:

Bakı, A.M.Şərifzadə küçəsi, 172,  4-cü mərtəbə, İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, tədrisin təşkili və metodikası şöbəsi.

Əlaqələndirici şəxs: Məlahət Kazımova

Tel: (012) 431-39-07, 430-93-22, E-mail: [email protected]

 

İqtisadiyyat və Sənaye  Nazirliyinin
Bakı Biznes Tədris Mərkəzi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında