Azərbaycan magistral avtomobil yolu 2 layihəsi - əlavə maliyyələşdirmə

Məsləhət xidmətləri: Azərbaycanda yol sektorunun baş planının hazırlanması
BY və IB borc № 7516 - AZ
Maraqlarin ifadə olunması sorğusu
Mövcud Maraqların İfadə Olunması Sorğusu "Development Biznes" jurnalının 17 avqust 2009-cu il tarixdə dərc olunmuş layihə çərçivəsində Satınalmalar üzrə Ümumi Bildirişə uyğundur.
Azərbaycan Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BY və İB) Borc almış və həmin borcun bir hissəsini Azərbaycanda Yol Sektorunun Baş Planının Hazırlanması məqsədilə məsləhət xidmətləri üçün istifadə etmək niyyətindədir.
Bu tapşırıq üzrə qarşıya qoyulan məqsədlər:
Ölkənin nəqliyyat strategiyası və sağlam maliyyə mühitində iqtisadiyyatın hərtərəfli inkişafı, qeyri-neft sektorunun inkişafı, regional inkişafın tarazlaşdırılması və yoxsulluğun azaldılması istiqamətində Hökümətin İnkişaf Planına uyğun olan yol sektoru üzrə strategiyanın yaradılması,
Sektor üzrə strategiyaya uyğun olaraq Avtomobil Yollarına İnvestisiyanın qoyulması və yolların saxlanılması üçün Baş Planının hazırlanması.
Avtomobil yollarına qoyulan investisiyalar və avtomobil yollarının saxlanılması üçün yerli imkanların gücləndirilməsi
Nəqliyyat Nazirlyinin "Azəryolservis" ASC hazırda səlahiyyətli məsləhətçiləri təklif olunan xidmətlər üzrə maraqlarını İfadə etməyə dəvət edir.
Maraqlanan məsləhətçilər təklif olunan xidmətlər üzrə ixtisasları barədə məlumat verməlidirlər (uyğun tapşırıqlar üzrə kitabçaları (broşurları), uyğun şəraitdə təcrübələri, işçilərinin müvafiq ixtisas bacarıqları və s.)
İxtisas göstəricilərini artırmaq üçün məsləhətçilərin tərəfdaşları ola bilər.
Məsləhətçilər Dünya Bankının Təlimatlarına uyğun olaraq məsləhətçinin keyfiyyətə və qiymətə əsaslanan Seçim kriteriyalarına əsasən seçiləcəklər: "Bankın borcalanlarının məsləhətçilərin seçimi sənədi, may 2004". Nəzərdə tutulan işlər 2011-ci ilin yanvar ayından gec olmayaraq həyata keçiriləcəkdir.
Maraqlanan məsləhətçilər əlavə məlumatları yerli vaxtla saat 10:00 - dan 16:00-a qədər aşağıdakı ünvandan ala bilərlər.
Maraqların ifadəsi 8 oktyabr 2010-cu il tarixdən gec olmayaraq aşağıdakı ünvana çatdırılmalıdır.

{nl}

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC,
Azərbaycan, AZ 1010 Bakı,
Yzeyir Hacıbəyov küçəsi 72/4
Tel: (+ 994 12) 493 00 45
Fax: (+ 994 12) 493 46 65
E-mail: [email protected]

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında