Ağcabədi Rayon Təhsil Şöbəsi

2015-ci il üçün  AÇIQ  TENDER  ELAN  EDİR

Tender 2 lot üzrə keçirilir:

Lot-1. Məktəblərin əsaslı təmiri  işlərinin satınalınması.

Lot-2. Dəftərxana ləvazimatlarının və təsərrüfat xərclərinin satınalınması.

 İştirak haqqı:

Lot-1. 100 (bir yüz) manat

Lot-2.  70 (yetmiş ) manat

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq öz təkliflərini  möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti (qiymətləndirmə bal sistemi vasitəsilə həyata keçiriləcəkdir).

Müqaviləni yerinə yetirmək üçün satınalma prosedurunun iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər  iştirak haqqını Ağcabədi Rayon Təhsil Şöbəsinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Təşkilat: Ağcabədi YXO

Hesab: AZ 82 CTRE 00000000000002165431

VÖEN: 3400146251

Tender proseduru ilə maraqlananlar məlumat üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər: Əlaqələndirici şəxs: Əli Kazımov

Tel: 5-00-67; mob: (050) 496-34-46

Ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti, 4.

Maraqlananlar əsas şərtlər toplusunu yuxarıda göstərilən ünvandan ala bilərlər.

Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün 11 mart 2015-ci il saat 17.00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender sorğusu prosedurunda iştirak etmək üçün yazılı müraciət;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 

- iddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi  məlumat;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifinin dəyərinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank  günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari  ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında müvafiq vergi orqanı tərəfindən təsdiq olunmuş  maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi  ölkə və rekvizitləri.

İddiaçının tender təklifləri Azərbaycan dilində olmalıdır.

İddiaçılar tender təkliflərini və bank zəmanətini isə 18 mart 2015-ci il saat 17.00-dək Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti, 4 nömrəli  ünvanda yerləşən Ağcabədi Rayon Təhsil Şöbəsinin tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların  təklif zərfləri Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti, 4 nömrəli ünvanda yerləşən Ağcabədi Rayon Təhsil Şöbəsində 19 mart 2015-ci il  saat 10.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında