Server avadanlıqlarının, lisenziyalı əməliyyat sistemlərinin və proqram təminatının satınalınması məqsədilə
T E N D E R E L A N E D İ R
Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Ünvan: Bakı şəhəri, AZ 1022,
S. Vurğun küçəsi, 135.
1. Açıq tenderə razılaşdırılmış müddətdə və təqdim olunan texniki şərtlərə uyğun DDP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə, Maliyyə Nazirliyi üçün server avadanlıqlarının, lisenziyalı əməliyyat sistemlərinin və proqram təminatının təchiz olunması təklif edilir.
Tender 2 (iki) lot üzrə keçirilir.
Lot - 1. Maliyyə Nazirliyi mərkəzi aparatının mövcud daxili səbəkəsi üçün əlavə server avadanlıqlarının alınması.
Lot - 2. Maliyyə Nazirliyinin daxili şəbəkəsinin idarə edilməsi üçün lisenziyalı əməliyyat sistemlərinin və proqram təminatının alınması.
2. Tender proseduru 2015-ci il martın 19-u saat 11.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin IV mərtəbəsində, otaq № 429-a keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Tenderdə iştirak etmək üçün ərizə.
3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4. Tender təklifləri 2015-ci il martın 18-i saat 10.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə təqdim olunmalıdır.
4.1. İstehsal şəraiti və məhsulları (xidmətləri) beynəlxalq standartların tələblərinə cavab verən, server, şəbəkə, kompüter avadanlıqlarının və proqram təminatının təchizində və satınalınmasında (və ya buna oxşar sahədə) peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi -texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.
4.2. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir.
4.3. Təklif olunan məhsul beynəlxalq standartların tələblərinə cavab verən müvafiq sertifikatlara malik olmalıdır.
4.4. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
5. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir.
5.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə.
5.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat.
5.3. İddiaçının son bir il əzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
6. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.
7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin keçirəcəyi tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və tenderdə iştiraka görə Lot-1 üçün - 500 (beş yüz), Lot-2 üçün isə - 900 manat (doqquz yüz) və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi nəzərə alınmaqla bu məbləğlərin ABŞ dollarında ekvivalentini ödədikdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
A1 Benefisiar (alan) bank
Adı: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ 41 NABZ 01360100000000003944
S.W.İ.F.T.BİK: CTREAZ22
B2 Alan təşkilat
Adı: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Hesab №-si 0024527
AZ 83 CTRE 00000000000002108571
Büdcə səviyyə kodu - 7
Büdcə təsnifat kodu - 142340
VÖEN: 1400108191
8. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Naziliyinin müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin baş məsləhətçisi Elçin Qasımovdur.
Əlavə məlumat almaq üçün 2015-ci il martın 18-dək müraciət etmək olar. Telefon: (99412) 404-47-28 Faks: (99412) 404-47-20
9. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
10. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.