Valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün Azərbaycan Respublikası büdcəsinin vəsaiti hesabına Abşeron rayonunda 3 yaşayış binasının tikintisinin layihəsindən ötrü 13 mərtəbəli 125 mənzildən ibarət 2-ci binanın tikintisi məqsədilə
A Ç I Q T E N D E R E L A N E D İ R
Göstərilən layihə üzrə 120 mənzildən ibarət olan 1-ci binanın və bütün xarici kommunikasiyaların tikintisi 2013-2014-cü illər ərzində podratçı “Rabitəinşaat” ASC tərəfindən aparılmış və istismara təhvil verilmişdir.
Tenderin keçirilməsində əsas məqsəd yuxarıda qeyd olunan tender predmeti üzrə yüksək texniki və maliyyə potensialına malik, peşəkar və səriştəsi olan, nəzərdə tutulmuş mürəkkəb tipli işlərin beynəlxalq standartlara tam cavab verən tələblərlə aparılması üçün podratçı təşkilatları satınalma proseduruna dəvət etməkdir.
Tenderin keçirilməsində Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanunun alqı-satqı şərtləri əsas tutulacaqdır.
Tender iştirakçıları öz təkliflərini 2 nüsxədən ibarət olan möhürlənmiş zərflərdə təqdim etməlidirlər (əsli və surəti).
İddiaçıların tenderdə iştirak etmək üçün göstəriciləri aşağı meyarları tam əhatə etməlidir:
- iddiaçıların son 5 ildə ən azı 10 ədəd yüksək kateqoriyalı, oxşar və analoji obyektlərin tikintisi və müvəffəqiyyətlə təhvil verməsi təcrübəsi olmalıdır (obyektlərin siyahısı, ünvanları və icra olunmuş işlərin məbləğini göstərməklə);
- tikinti işlərinin yerinə yetirilməsi üçün iddiaçının idarəetmə səriştəsi, lazımi texniki, maliyyə və professional imkanları olmalıdır;
- işlərin görülməsi üçün iddiaçının sərbəst vəsaitlərinin olması haqqında arayış;
- son 5 ildə iddiaçının maliyyə dövriyyəsi obyektin tikintisi üzrə təklif etdiyi qiymətdən 3 dəfə çox olmalıdır (hər il üzrə) və bu barədə iddiaçı təsdiqedici sənədləri təqdim etməlidir;
- iddiaçının ən azı 1,0 milyon manat məbləğində səlahiyyətli bankdan kreditin alınması imkanı olmalıdır və bu imkan haqqında təsdiqedici sənəd təqdim edilməlidir;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə vergi orqanlarından rəsmi arayışlar;
- iddiaçıların son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışları;
- iddiaçıların kredit borclarının olmaması haqqında bank arayışları;
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (forma 1 və forma 2);
- iddiaçıların lazımi qədər avadanlıqları, xüsusi mexanizmləri və özünün işçi qüvvəsinin tərkibində yüksək səviyyəli mütəxəssislər olmalıdır;
- Bərpa Agentliyi tərəfindən əvvəllər keçirilən tenderlərdə iddiaçıların axırıncı 5 ildə inşa və bərpa etdikləri obyektlərin yüksək keyfiyyətlə və vaxtında istifadəyə verilməsi bir qayda olaraq nəzərə alınacaqdır.
Tender haqqında hərtərəfli məlumat almaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikasının Dövlət satınalmaları haqqında qanunun 28-ci maddəsinə əsasən iddiaçılar öz texniki sənədlərini tender prosedurunun başlanmasına 7 bank günü qalmış, yəni 25 fevral 2015-ci il tarixdə tender komissiyasına təqdim etməlidirlər.
Azərbaycan Respublikası, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260, III mərtəbə.Əhməd Əhmədov - əməliyyatlar üzrə menecer. Tel. (99412)5617281, (99412)5617097; faks: (99412) 5617098.
Tenderdə iştirak etmək üçün iddiaçılar geri qaytarılmayan 5 min manat məbləği Bərpa Agentliyinin hesabına: Azərbaycan Respublikası Beynəlxalq Bankı.
“ABB Premyer” müştəri xidməti,
kod 805250;
VÖEN 9900001881;
müxbir hesab: AZ 03 NABZ 01350100000000002944;
S.W.İ.F.T.
Kod: BİC: İBAZAZ 2X, hesab: AZ 28 İBAZ38030019449316687120, VÖEN: 1400294891 köçürməlidirlər.
Möhürlənmiş zərflərdə tender təklifləri 5 mart 2015-ci il, yerli vaxtla saat 14.30-dək yuxarıda göstərilən ünvanda qəbul ediləcəkdir.
Tenderin açılışı proseduru 6 mart 2015-ci il saat 14.30-da Bərpa Agentliyində keçiriləcəkdir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.