2015-ci ildə rayonun təhsil müəssisələri üçün əsaslı təmir işlərinin, inventarların,digər maşın və avadanlıqların satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 4 (dörd) lot üzrə aparılır.
Lot 1- Əsaslı təmir işlərinin satınalınması.
Lot 2- İnventarların satınalınması.
Lot 3- Avadanlıqların satınalınması.
Lot 4- Digər maşın və avadanlıqlarnn satınalınması.
Müqavilənin müddəti 31 dekabr 2015-ci il tarixədəkdir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə Ağstafa Rayon Təhsil Şöbəsinin tender komissiyasına təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün aşağıda göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürməklə Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Ağstafa şəhəri, H.Əliyev prospekti, 36 nömrəli ünvanda yerləşən Ağstafa Rayon Təhsil Şöbəsindən ala bilərlər (əlaqələndirici şəxs: Nəsibov İmran Süleyman oğlu. Əlaqə telefonu: (022) 225-31-58
Lot 1- 300 (üç yüz) manat
Lot 2 - 400 (dörd yüz) manat
Lot 3 - 150 (bir yüz əlli) manat
Lot 4- 150 (bir yüz əlli) manat
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Ağstafa Rayon YXO
Hesab: AZ 85 AİİB 32051019445200201152
VÖEN: 3600076651
“Kapital Bank”ın Ağstafa rayon filialı:
Kod: 200521
VÖEN: 9900003611
Müxbir hesab:AZ 37 NABZ 01350100000000001944
S.W.İ.F.T.: AIIBAZ2X
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- son bir ildəki dövriyyəsi, işçilərinin sayı, onlara hesablanmış əmək haqqı və ödənilmiş verginin məbləği barədə vergi orqanından arayış;
- son bir ildə işçilərin sayı, hesablanmış əmək haqqı və ödənilmiş məcburi dövlət sığorta məbləği haqqında sosial müdafiə fondundan arayış;
- iddiaçının nizamnaməsi (surəti), fəaliyyət növü, hüquqi statusu və rekvizitləri;
- iddiaçının əsas vəsaitlərinin, texniki və maliyyə imkanlarının mövcudluğu barədə müvafiq orqanlar tərəfindən təsdiqlənmiş məlumatlar;
- tender təklifi (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifinin 2 (iki) faizi həcmində bank zəmanəti (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);
- vergi orqanlarına, sosial müdafiə fonduna və digər icbari ödənişlərə dair borcların olmaması barədə müvafiq arayış;
- satınalınacaq malların uyğunluq və mənşə sertifikatları;
- analoji işlərdə təcrübəsi barədə məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti və iş cədvəli istisna olmaqla) 17 fevral 2015-ci il saat 17.00 - a qədər, iş cədvəli, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 24 fevral 2015-ci il saat 17.00-a qədər Ağstafa şəhəri, H.Əliyev prospekti, 36 nömrəli ünvanda yerləşən Ağstafa Rayon Təhsil Şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 25 fevral 2015-ci il saat 11.00-da Ağstafa şəhəri, H.Əliyev prospekti, 36 nömrəli ünvanda yerləşən Ağstafa Rayon Təhsil Şöbəsində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.