Mərkəzi Neftçilər Xəstəxanası

 2015-ci ildə malların satınalınması məqsədilə

AÇIQ TENDER  ELAN  EDİR

Tender 2 (iki) lot üzrə keçirilir:

Lot-1. Dərman, sarğı materiallarının və dezinfeksiyaedici məhlulların  satınalınması.

Lot-2 .Tibbi vasitələrin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat bağlı zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı cədvəli hər ay müəyyən edilmişdir və 30 dekabr 2015-ci  il  tarixə kimi nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Səidə Əliyeva

Telefon: 012-404-28-05

Ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 17.

 Maraqlananlar lotlar üçün əsas  şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqı ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

Lot-1. 1220 manat

Lot-2.  830 manat

İştirakçılar   iştirak   haqqını  aşağıdakı hesaba köçürməlidirlər.

ABB Xətai filialı

VÖEN: 9900001881

M/H: AZ 03 NABZ 01350100000000002944

Kod: 805625

H/H : AZ69 İBAZ 38010019449556761215

VÖEN:2002193681

SWİFT: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün 10 fevral 2015-ci  il saat 16.00-a kimi  aşagıdakı sənədləri təqdim etməlidirlər:

- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər:rekvizitlər, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenziyanın surəti;

- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat; 

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub-olmaması haqqında arayış;

- iddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

Tender   təklifi   2 nüsxədə  (əsli və surəti) tender   təklifi   dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 2015-ci  il fevralın 17-si saat 18.00-a qədər ikiqat   zərflərdə   bağlanmış və möhürlənmiş şəkildə Y.Səfərov küçəsi, 17 nömrəli   ünvanda  yerləşən  Mərkəzi Neftçilər Xəstəxanasına təqdim olunmalıdır.

Tender  proseduru keçirildiyi tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır.

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi  ilə birlikdə təqdim olunur.

Bank təminatını tender təklifi  zərfində   təqdim etməyən  iddiaçının  tender təklifi   etibarsız  sayılır  və  qiymətləndirilməyə    buraxılmır.

İddiaçıların   tender   zərfləri   2015-ci  il  fevralın 18-i saat 11.00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli  nümayəndələri   iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında