Ağstafa Rayon İcra Hakimiyyəti

2015-ci ildə rayonda görüləcək işlərin satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

Tender 2 (iki) lot üzrə keçirilir.

Lot-1. Ağstafa rayonunun yollarının təmiri işlərinin satınalınması.

Lot-2. Aztəminatlı ailələrin şəraitlərinin yaxşılaşdırılması məqsədilə tikinti materiallarının satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağstafa Rayon İcra Hakimiyyətindən, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 3, əlaqələndirici şəxs: Sənan Mustafayevdən (telefon 5-12-05) ala bilərlər.

Təşkilat: Ağstafa Rayon İcra Hakimiyyəti

Ağstafa Rayon YXO

Hesab: 32051019445200201152

VÖEN: 3600068011

Bank: “Kapital Bank”ın Ağstafa filialı

Kod: 200521

VÖEN: 9900003611

Müxbir hesab: 0137010001944

S.W.İ.F.T.BİK AIIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün  2015-ci il fevralın 9-u saat 18.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tender təkliflərini və bank zəmanətlərini 2015-ci il fevralın  16-sı saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri Ağstafa rayonu, Hüseyn Arif küçəsi, 3 nömrəli ünvanda yerləşən Ağstafa Rayon İcra Hakimiyyətində  2015-ci il  fevralın 17-si saat 10.00-da açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında