Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa

İnvestisiya təklifləri respublikanın bütün iqtisadi rayonları üzrə (Bakı şəhəri istisna olmaqla) qəbul olunur.
İnvestisiya layihəsinə dair şərtlər:
- investisiya layihəsində yüksək məhsuldarlığa görə rayonlaşdırılmış intensiv (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, albalı, gavalı, göyəm, alça, zeytun, zoğal, eləcə də subtropik və sitrus meyvələri) meyvə bağlarının salınması və ya tingçilik təsərrüfatlarının yaradılması nəzərdə tutulmalıdır;
- bağların və ya tingliyin salınması üçün müvafiq torpaq sahəsi olmalıdır;
- bağların və ya tingliyin salınması üçün seçilən ərazi əlverişli infrastruktura malik olmalıdır;
- meyvə tinglərinə olan tələbatın ödənilməsi üçün müvafiq təsərrüfatlarla sövdələşmələr olmalıdır;
- investisiya layihəsi optimal müddətdə reallaşdırılmalıdır;
- investisiya təklifinin ümumi dəyərinin ən azı 30%-i sahibkarlıq subyektinin şəxsi vəsaiti, qalan hissəsi isə fondun güzəştli kreditləri hesabına maliyyələşdirilir.
Sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Müvəkkil kredit təşkilatları maliyyələşdirilməsi barədə müsbət qərar qəbul etdiyi investisiya layihələrinə dair məlumatları iki nüsxədə, hər biri ayrı-ayrılıqda möhürlənmiş zərflərdə olmaqla 2010-cu il 21 oktyabr saat 18.00-dək Sahibkarlığa Kömək Milli Fonduna təqdim etməlidir.
Sahibkarlıq subyektlərinin investisiya təklifi zərfləri 2010-cu il 25 oktyabr tarixində İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun Akt Zalında (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172, 5-ci mərtəbə) açılacaqdır.
Təqdim edilmiş investisiya təkliflərinə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq Fond tərəfindən baxılacaq və maliyyələşdiriləcək layihələr 2010-cu il 10 noyabr tarixində elan olunacaqdır.
Sahibkarlar əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172
Telefon: (012) 433-63-66,
(055) 227-01-36, (055) 229-29-99;
(055) 227-01-30
Faks: (012) 433-63-68
e-mail: [email protected]

{nl}

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında