“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin 2014-cü il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib olunmuş maliyyə hesabatlarının və Xəzər Dənizinin Azərbaycan Sektorunda Şah Dəniz Perspektiv Yatağının Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında 4 iyun 1996-cı il tarixli sazişiə uyğun hazırlanmış mənfəət vergisi bəyannaməsinin, beynəlxalq audit standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi üçün xidmətlərin satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 Lot üzrə keçirilir.

Lot 1: Audit xidmətlərinin satınalınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar 100 (yüz) manat məbləğində pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nizami küçəsi, 1/3 (Sapphire Plaza) nömrəli  ünvandan ala bilərlər (əlaqələndirici şəxs: Əli Kərimli, əlaqə telefonu (012)-505-58-01, daxili 21-11).

İştirak haqqı “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı hesabına köçürülməlidir.

Bank rekvizitləri:

Bank: Azərbaycan Beynəlxalq bankı -Premyer Müştəri Xidməti

Kod: 805250

VÖEN : 9900001881

Müxbir hesab: AZ 03 NABZ 01350100000000002944

SWIFT: IBAZAZ2X

VÖEN : 1701605251

Hesab (AZN): AZ 20 İBAZ 38020019441115706120

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender təklifinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, iddiaçının analoji xidmətlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına;

İddiaçılar tenderdə iştirak etmək üçün 22 yanvar 2015-ci il saat 17.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər;

- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

- tender haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında büdcə, bank, sosial sığorta və vergi öhdəliklərinin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının bu sahədə iş təcrübəsi haqqında rəsmi məlumat.

Tender təklifinin başlanmasına ən azı 1 (bir) gün qalmış tender təklifi, 7 (yeddi) bank günü qalmış digər sənədlər təqdim olunur.

Tender təklifi 2 (iki) nüsxə olmaqla (əsli və surəti) tender təklifinin 1%-i həcmində bank təminatı ilə birlikdə 29 yanvar 2015-ci il saat 17.00-a qədər ikiqat zərfə qoyularaq, hər iki zərfin bağlı tərəfi imzalanıb möhürlənərək ümumi bir zərfdə (ünvan, telefon nömrəsi göstərilməklə) “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə təqdim edilməlidir.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 (otuz) bank günü müddətində, tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı isə tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 (altmış) bank günü müddətində qüvvədə olmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçıların təklif zərfləri 30 yanvar 2015-ci il saat 10.00-da Bakı şəhəri, Nizami küçəsi, 1/3 (Sapphire Plaza) “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin ofisində açılacaqdır.

Zərflərin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında