Sizi 15 avtomobil gözləyir
2014-cü il son ayında hər birimiz ötən dövrə nəzər salır, qarşıdan gələn yeni il üçün müəyyən planlar cızırıq. Bu dövr həyatımızın bütün sahələrində olduğu kimi, lotereya həvəskarları üçün də əlamətdar olub. Minlərlə lotereya iştirakçılarının yaşadığı sevincin miqyasını dəqiq təsəvvür etmək üçün bircə fakta diqqət yetirmək kifayətdir. “Azərlotereya”nın keçirdiyi lotereyalarda cari ilin ötən 11 ayı ərzində iştirakçılar tərəfindən 14 milyon 412 min 415 manat pul və 163 avtomobil udulub.
Ən əsası isə bu rəqəmlər günbəgün artmaqdadır. Noyabr ayının ilk yarısının iri uduş sahibləri haqqında ötən yazımız çapa hazırlanarkən, sanki yarışa çıxan, “5/36” və “6/40” lotereyaları daha 4 həmvətənimizə uduş sevinci bəxş etdi. Noyabrın 17-də “6/40” lotereyasında 35.015 manat, bir gün sonra isə “5/36” lotereyasında, 148.360 manat məbləğində “Cek Pot” uduşu qeydə alındı. 3 iştirakçı şərikli olaraq bu məbləğə sahib olmaqla hərəyə 49.453 manat qazandı.
İlin uduş limiti isə hələ bitməyib və dekabrın sonunadək ənənəvi gündəlik və həftəlik lotereyalarda oynanılan pul və avtomobil uduşlarından əlavə, bayram layihələrində lotereya həvəskarlarını daha 15 avtomobil, o cümlədən, “Qış Möcüzəsi”ndə 5 ədəd “Kia Rio”, “Super Binqo”da 5 ədəd “Chevrolet Aveo” və “Yeni il sevincləri”ndə 5 ədəd Nissan “Sunny” avtomobili gözləyir. Dekabrın 26-da keçiriləcək “Qış Möcüzəsi” lotereyasının tirajının şərtləri və keçirilmə qaydaları haqda ətraflı məlumat vermişik. Üç gün sonra- dekabrın 29-da “Super Binqo” lotereyasının tirajı keçiriləcək. Bu tiraj 5 turdan ibarətdir. Birinci turda üfüqi sıralarından hər hansı biri ən tez dolmuş bilet “Chevrolet Aveo” avtomobili udur. İkinci turda hər hansı iki üfüqi sırası, üçüncü turda hər hansı üç üfüqi sırası, dördüncü turda hər hansı dörd üfüqi sırası ən tez dolmuş biletlər uduşlu sayılır və hər biri “Chevrolet Aveo” avtomobilinə sahib olur. Beşinci tur uduş fondu bitənədək davam edir və beş üfüqi sırası tam dolmuş bütün biletlər uduşlu sayılır. Bu turda ilk tam dolmuş bilet daha bir “Chevrolet Aveo” avtomobilini udur.
Bayram layihələrinin sonuncusu dekabrın 31-də başa çatır. Yeni il axşamı bu lotereyanın üç turdan ibarət olan tirajı keçiriləcək. Birinci turda üfüqi sıralarından, ikinci turda isə lövhələrindən hər hansı biri ən tez dolmuş biletlər uduşlu sayılır və hər biri Nissan “Sunny” avtomobili udur. Üçüncü tur tiraj bitənədək davam edir. Bu turda hər hansı bir lövhəsi dolmuş bütün biletlər uduşlu sayılır və qaliblər pul uduşlarına sahib olurlar. İlk tam dolmuş bilet isə Nissan “Sunny” avtomobili udur. “Yeni il sevincləri” lotereyasında əsas oyun başlanmazdan öncə və başa çatdıqdan sonra yüz faiz uduşlu daha iki avtomobil oynanılır. Əsas oyun başlanmazdan öncə və bitdikdən sonra seriya nömrəsi lototrondan çıxan altı rəqəm ilə uyğun gələn lotereya biletlərinin hərəsi bir Nissan “Sunny” avtomobilini udur. Burada, lototrondan çıxan nömrə satılmamış lotereya biletinə təsadüf edərsə, şarlar lototrona qaytarılacaq və bu prosedur avtomobillər yüz faiz udulanadək təkrar olunacaq. Bütün tirajlarda bir neçə bilet qalib gəldikdə avtomobilin dəyəri uduşa düşmüş biletlərin sahibləri arasında bərabər olaraq bölünür. İlk turlarda ilk “gözləyənlər” mükafatlandırılırlar. Uduşun hansı turda qeydə alınmasından və məbləğindən asılı olmayaraq bütün qalib biletlər oyunu sonadək davam etdirirlər.
Nəhayət, lotereyalarla yaxın tanışlığı olmayan oxucularımızın nəzərinə çatdırmaq istərdik ki, bütün tirajlar “Space” TV-də canlı yayımlanacaq. Bu isə o deməkdir ki, çoxlu pullar və 15 avtomobil udmaq şansından əlavə bayram ərəfəsi bir neçə möhtəşəm tele-əyləncədə iştirak edə bilərsiniz. “Azərlotereya” sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edir, hamınıza bol-bol uduşlar arzu edir. Nikbin olun, bayramları xoş ovqatla keçirin, əylənin, ən əsası udun və 2015-ci ilə udduğunuz avtomobillə daxil olun.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.