Maraqların ifadə olunması ilə bağlı dəvət (məsləhətçi xidmətləri)

Azərbaycan Respublikası

{nl}

Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi

{nl}

Sektor: Ümumi maliyyə. Kredit N. 4405 AZ

{nl}

Qrant N. TF057849

{nl}

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsinin icrası məqsədilə Dünya Bankından maliyyə vəsaiti qəbul etmişdir və bu vəsaitlərdən aşağıda adı çəkilən müqavilə üzrə satın alınacaq məsləhətçi xidmətlərinin haqlarının ödənilməsini nəzərdə tutur: Azərbaycan Peşəkar Mühasibat Uçotu və Audit üzrə Təlim, Təhsil və Tədqiqat Mərkəzi (ACPATER) üçün sertifikatlaşdırma modelinin, peşəkar təhsil standartlarının və təlim materiallarının hazırlanması. Layihə Yaponiya Höküməti (PHRD Qrantı), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO Qrantı) və Azərbaycan Höküməti tərəfindən maliyyələşdiriləcək.
Tapşırığın əsas məqsədləri aşağıdakılardır:
Maliyyə və təhsil nazirliklərinin birgə əməkdaşlığı ilə peşəkar mühasibat uçotu təhsili üzrə tələb edilən bacarıq, bilik və səlahiyyətləri əhatə edən milli meyar göstəriciləri sisteminin tərtib edilməsi;
Aşağıdakılarla bağlı mərkəzin daxili siyasətlərini hazırlamaq:
a) mərkəzə tələbələrin qəbul edilməsi (və ya mərkəzin təsdiq edilmiş proqramları);
b) tələbələrin tələb edilən bacarıq, bilik və səlahiyyətləri əldə etməsini təmin etmək məqsədilə akkreditasiya olunmuş mühasibat uçotu üzrə təhsil verənlərin təsdiq edilməsi və monitorinqi;
c) İAESB standartları (Beynəlxalq Təhsil Standartları - İES) əks olunmuş prinsiplərə və müvafiq İAESB Beynəlxalq Təhsil Praktikası Hesabatları və uyğun qaydalar tərəfindən təsvir edilmiş təcrübələrə əsaslanan müstəqil və şəffaf imtahan prosesinin təşkil olunması;
d) Peşəkar inkişafın və mərkəz tərəfindən nəşr edilən sertifikatların, diplomların və peşəkar meyar göstəriciləri sertifikatlarının təkmilləşdirilməsi ilə bağlı əlaqənin davam etdirilməsi;
e) mərkəzin diplom və sertifikatlarının nəşr olunmasına və təkmilləşdirilməsinə müvafiq olan keyfiyyət zəmanəti ;
Maliyyə, təhsil nazirliklərinin və digər tərəfdaşların birgə əməkdaşlığı ilə təhsil standartlarının hazırlanması və müvafiq tədris kitablarının müəyyən edilməsi; mərkəzdə keçiriləcək hər bir fənn üzrə təlim materiallarının tərcüməsinin təşkil olunması; materiallar mümkün qədər İFAC-ın İES-na (Beynəlxalq Təhsil Standartları) uyğun olaraq hazırlanmalıdır.
a) hər bir fənn üzrə tədris kitablarının layihələrinin hazırlanması;
b) tədris kitablarının layihələrinin müvafiq tərəfdaşlar ilə müzakirə edilməsi;
c) Tədris kitablarının hazırlanmasının yekunlaşdırılması;
d) Tədris kitablarının Azərbaycan dilinə tərcümə edilməsi;
ali təhsil qurumlarının peşəkar mühasibat uçotu üzrə təhsil sisteminə inteqrasiyası ilə bağlı maliyyə və təhsil nazirliklərinə kömək göstərilməsi; bu ali təhsil qurumlarında peşəkar proqramın hansı kurslarının-elementlərinin tədrisinin müəyyənləşdirilməsi və təlimçilərə müvafiq təlimin keçirilməsi;
Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (İFRS) və Beynəlxalq Audit Standartları (İSA) üzrə tam tədris proqramlarının və təlim materiallarının hazırlanmasında maliyyə və təhsil nazirliklərinə köməyin göstərilməsi;
Mərkəzin davamlığının təmin edilməsi addımları ilə bağlı maliyyə nazirliyinə məsləhət verilməsi və qaydaların hazırlanması;
mərkəz üçün potensial təlimçilərin seçilməsi və müvafiq texniki tapşırıqların hazırlanmasında maliyyə nazirliyinə və Layihənin İdarəetmə Qrupuna köməyin göstərilməsi;
mərkəz üçün seçilmiş fərdi təlimçilərlə bağlı təlimçi proqramı təliminin (treyninqinin) hazırlanması və keçirilməsi
Tələb olunan meyarlar:
Mühasibat uçotu və audit sahələrində böyük təcrübəyə və imkanlara malik olan nüfuzlu konsaltinq şirkəti;
peşəkar mühasibat uçotu üzrə sertifikatlaşdırma proqramının hazırlanması, təkmilləşdirilməsi və təqdim olunması ilə bağlı təsdiq olunmuş əhəmiyyətli dərəcədə təcrübə; xüsusilə də məsləhətçi şirkət İFAC-ın tam hüquqlu üzvü olan peşəkar mühasibat uçotu üzrə nüfuzlu təşkilatla ən azı etibarlı əlaqələrə və ya münasibətlərə malik olmalıdır;
müvafiq mühasibat uçotu proqramla məşhur olan ali təhsil qurumu ilə ən azı etibarlı əlaqələrə və ya münasibətlərə malik olmalıdır;
son üç ildə əldə olunan müvafiq təcrübə (o cümlədən, regional);
Azərbaycan mühitində, hüquqi və institusional çərçivədə ümumi, Azərbaycanın mühasibar uçotu sferasında isə xüsusi bacarıqlara və geniş imkanlara malik olmalıdır;
təsir altında işləyə bilmək bacarığı və kompleks şəkildə nəticələrin əldə edilməsi;
ingilis dili də daxil olmaqla yerli dildə (Azərbaycan dili) işləyə bilmək bacarığı
İcra müddəti: Dekabr 2010 - Dekabr 2012
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müvafiq konsaltinq şirkətlərini təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Maraqlarını ifadə etmək istəyən şirkətlər xidmətləri göstərmək bacarığına malik olmalarını əks etdirən məlumatı (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar şəraitdə təcrübə, işçi heyəti arasında müvafiq bacarıqların mövcudluğu və s.) təqdim etməlidirlər.
Məsləhətçi şirkət "Dünya Bankından Borcalanlar tərəfindən məsləhətçilərin seçilməsi və işə cəlb olunması qaydaları"nda (May 2004-cü ilin nəşri və Oktyabr 2006-cı ilin təkmilləşdirilmiş nəşri) əks olunan Keyfiyyət və Dəyər Əsasında Seçim (QCBS) prosedurlarına uyğun olaraq seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 9.00-dan 17.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür.
Maraqlarını ifadə etmək istəyən şirkətlər 2010-cu il oktyabrın 1-nə qədər aşağıda qeyd olunan ünvana müraciət etməlidirlər.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Cənab Fuad Nəsirov
Layihənin İdarəetmə Qrupunun Direktoru
Səməd Vurğun küçəsi, 83,
AZ 1022, Bakı, Azərbaycan
Tel: (994 12) 404 47 27; 404 47 16
E-mail: [email protected]
[email protected]
Veb səhifə:
  www.maliyye.gov.az

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında