Şəki Şəhər İcra Hakimiyyəti

2010-cu ildə icra hakimiyyətinin inzibati binasında əsaslı təmir işlərinin satınalınması ilə əlaqədar təkliflər sorğusu elan edir
2010-cu ildə Şəkidə aparılacaq icra hakimiyyətinin inzibati idarəetmə binasında əsaslı təmir işləri ilin sonunadək yerinə yetirilməlidir.
Təkliflər sorğusunda iştirak etmək üçün iddiaçılar əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Təşkilat: Şəki Y.X.O
Hesab: 32051019447000201170
VÖEN: 3000104011
VÖEN: 3000072051-icra hakimiyyəti Bank:
"Kapital Bank" Şəki filialı
Kodu: 200703
VOEN: 9900003611
Müxbir hesab: 7028020000
S.W.İ.F.T.BİK-AIIBAZ2x
Təkliflər sorğusu təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli təklifə, yüksək keyfiyyətə, anoloji işlər üzrə təcrübəyə, kadr potensialına, maliyyə və texniki imkanlara.
İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün 20 sentyabr 2010-cu il saat 17.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1 və forma-2);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- anoloji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- iddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Təkliflər 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı ilə birlikdə 28 sentyabr 2010-cu il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Şəki Şəhər İcra Hakimiyyətinə (1-ci mərtəbə, 1-ci otaq) təqdim edilməlidir.
Təkliflər sorğusu tender proseduru keçirildiyi tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır.
Təkliflər sorğusu təklifinin dəyərinin 1%-i həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını təkliflər sorğusu təklif zərfində təqdim etməyən iddiaçının təkliflər sorğusu təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların təkliflər sorğusu zərfləri 29 sentyabr 2010-cu il saat 11.00-da Şəki Şəhər İcra Hakimiyyətində (4-cü mərtəbə, 40-cı otaq) açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Təkliflər sorğusu haqqında məlumatları aşağıdakı ünvandan almaq olar: Şəki Şəhər İcra Hakimiyyətinin tender komissiyası.
Əlaqələndirici şəxs: Abdurahmanov Yusif Kamal oğlu.
Telefon: 4-28-70
{nl}

Tender komissiyası

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında