2015-ci il ərzində öz təsərrüfat ehtiyaclarını ödəmək üçün
AÇIQ TENDER ELAN EDİR
Lot-1 Nəqliyyat vasitələri və mexanizmlər üçün ehtiyat hissələrinin, mexaniki və elektrik avadanlıqlarının satınalınması.
Lot-2 Tikinti materiallarının satınalınması.
Lot-3 Gücü 100 Kvt-dan yuxarı olan elektrik mühərriklərinin əsaslı təmirinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ,ikiqat bağlamada yazılı təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 30 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tovuz rayonu, Düz-Cırdaxan kəndində yerləşən Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs:E.Abbasov,telefon:0231-73035) ala bilərlər.
Təşkilat: Tovuz SSİ
VÖEN: 7300168331
Hesab: 2353501
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN:1401555071
Müxbir hesab:AZ NABZ 01360100000000003944
S.W.İ.F.T.BİK-AIIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
-satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının ,işçi qüvvəsinin, idarəetmə səriştəsinin,etibarlığının olması;
-satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
-öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı,habelə ödəmə qabiliyyəti olması;
-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, əmlakının girov qoyulması və digər formada öhdəliklərə yüklənməməsi,məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 8 yanvar 2015-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 15 yanvar 2015-ci il saat 18.00-a qədər, Tovuz rayonu, Düz-Cırdaxan kəndində yerləşən Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 16 yanvar 2015-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.