Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üçün informasiya texnologiyaları (İT) avadanlıqlarının və məlumat bazası lisenziyalarının alınması
kredit nömrə. № 7435-AZ
Təkliflər üçün dəvət No: RERP/PP#-7ja2/G/ICB/ITEDL/05/2014
1. Bu təkliflər üçün dəvət 29 aprel 2007-ci il tarixdə “UNDB” (United Nations development Business) -nin rəsmi internet səhifəsində dərc edilmiş layihə üzrə ümumi satınalma bildirişinə (GPN) əsaslanır.
2. Azərbaycan Hökuməti Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kredit almış və bu kredit vəsaitlərinin bir hissəsini IFB: RERP/PP#-7ja2/G/ICB/ITEDL/05/2014 nəticəsində bağlanacaq ödənişlərə yönəltmək niyyətindədir.
3. Əmlak Məsələləri Dövlət Komitəsi layihə üzrə icraçı qurum olaraq müvafiq iddiaçıları Əmlak Məsələləri Dövlət Komitəsi üçün informasiya texnologiyaları avadanlıqlarının və məlumat bazası lisenziyalarının satın alınması məqsədilə tender təkliflərini möhürlü zərflərdə təqdim etməyə dəvət edir.
4. Tender Dünya Bankının qaydaları: 2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabrında və 2010-cu ilin mayında redaktə edilmiş Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) kreditləri və Beynəlxlaq İnkişaf Agentliyi (BİA) kreditlərində göstərilmiş beynəlxalq müsabiqəli tender prosedurlarından istifadə etməklə təşkil ediləcək və həmin qaydalarda müəyyən edilmiş aşağıdakı minimum ixtisas meyarlarına cavab verən, münasib hesab edilən bütün iddiaçılara açıq elan olunur:
İddiaçılar üçün ixtisas tələbləri:
A) Maliyyə imkanları
a) Dövriyyə
i) İddiaçının son 5 il ərzində (2009-2013) orta illik dövriyyəsi 6 000 000 ( altı milyon) ABŞ dollarını və yaxud ekvivalent məbləği aşmalıdır.
ii) Son 5 il üzrə (2009-2013) ilin əvvəlində və sonunda nağd pulların və nağd pula ekvivalent vəsaitlərin orta miqdarı müsbət olmalıdır.
iii) Birgə müəssisənin bütün üzvlərinin tələb olunan texniki sahədə təcrübəsi olmalı, aparıcı üzv tələb olunan dövriyyənin ən azı 50%-nə, birgə müəssisənin digər hər bir üzvü isə ən azı 25%-nə malik olmalıdır.
b) Likvidlik Likvid aktiv formasında ən azı 1 000 000 (bir milyon) ABŞ dolları, yaxud ekvivalent vəsaiti olmalıdır. Birgə müəssisə olduqda, birgə müəssisənin aparıcı üzvünün likvid aktivləri 50%-dən az olmamalıdır.
A) Təcrübə və texniki imkanlar a)Təcrübə İddiaçı son beş ildə müvafiq bazar təcrübəsinə malik olmalıdır.
İddiaçı son beş il ərzində (2009-2013) aşağıda qeyd edilən tələblərə cavab vermək üçün yerinə yetirdiyi müvafiq müqavilələrdə uyğun təcrübəsinin olduğunu sənədlərlə sübut etməlidir:
– İddiaçı oxşar sistem üzrə tələb olunan texniki avadanlıqların satın alınmasını və quraşdırılmasını ən azı 4 500 000 (dörd milyon beş yüz min) ABŞ dolları olan büdcə ilə serverlərin, kommunikasiya avadanlıqlarının və standart proqram təminatı lisenziyalarının təchiz edilməsini əhatə edən bir (1) uğurlu müqaviləni tamamlamış olmalıdır. Əgər iddiaçı birgə müəssisə formasında olarsa, bu tələb aparıcı üzv tərəfindən qarşılanmalıdır.
– Son beş il ərzində bu müqavilə ilə bağlı sahələrin hər birində ən azı 2 500 000 (iki milyon beş yüz min) ABŞ dolları olan büdcə ilə oxşar avadanlıqların və lisenziyaların təchiz edilməsi üzrə bir uğurlu müqaviləsi olmalıdır.
b)Personal VI bölmə, texniki ixtisaslaşma, 6.9-cu bənddə təfərrüatlı şəkildə izah edildiyi kimi, iddiaçı fərdi şəxs və yaxud birgə müəssisə olmaqla layihəyə cəlb edilmiş göstərilən mütəxəssis sahələrinin hər biri üzrə ən azı aşağıdakı heyətə malik olmalıdır:
1) Layihə meneceri
2) Məlumat mərkəzinin dizaynı üzrə mütəxəssis
3)Windows sistem administratoru
4)Sun sistemləri üzrə administrator
5)Unix sistemləri üzrə administrator
6) CCDA mütəxəssisi
7) Şəbəkə və təhlükəsizlik administratoru
8)Təlimçi(lər)
5. Maraqlanan müvafiq iddiaçılar daha ətraflı məlumatı Daşınmaz Əmlakın Qiymətləndirilməsi Layihəsi üzrə Layihə İdarəetmə Qrupunun satınalma mütəxəssisi Günel Səfərəliyevadan əldə edə bilərər (e-mail: [email protected] [email protected]; [email protected]; [email protected]) və aşağıdakı ünvanda, saat 9.00-dan 18.00-a qədər tender sənədlərini nəzərdən keçirə bilərlər: Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti AZ1073, H. Cavid prospekti, 31 A, Bakı şəhəri, Azərbaycan Tel: +994 12 510 91 45 (72-16; 72-27) E-mail: [email protected] [email protected] [email protected]
Potensial iddiaçılarla 15.12.2014-cü il saat 16.00-da tenderdən əvvəl görüş keçiriləcəkdir.
6. Maraqlanan iddiaçılar tender sənədlərinin ingilis dilində tam dəstini aşağıdakı ünvana yazılı şəkildə müraciət etməklə və 300 ABŞ dolları (üç yüz Amerika Birləşmiş Ştatları dolları) və ya 250 AZN (iki yüz əlli Azərbaycan manatı) dəyərində əvəzi ödənilməyən məbləği ödəməklə əldə edə bilərlər. Ödəniş forması aşağıdakı bank hesabına birbaşa depozit yolu ilə olacaqdır: Bank rekvizitləri aşağıdakı kimidir: Azərbaycan Respublikası Beynəlxalq Bankı, “IBA Premier” müştəri xidməti Kod 805250 VÖEN: 9900001881 Müxbir hesab: AZ03NABZ01350100000000002944 S.W.İ. F.T Bank: İBAZAZ2X Benefisiar: Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Əmlak Məsələləri Dövlət Komitəsi Hesab No: AZN AZ65IBAZ38090029449330358120 USD AZ55IBAZ38190028409330358120 VÖEN: 2000015631
7. Təkliflər aşağıda göstərilən ünvana 12.01.2015-ci il, Bakı vaxtı ilə saat 14.45-dək və ya ondan əvvəl təqdim olunmalıdır.
Bütün təkliflər 110,000.00 (yüz on min) ABŞ dolları məbləğindən az olmayan və yaxud ona bərabər məbləğdə, asanlıqla konvertasiya oluna bilən valyutada “təklifə zəmanət”lə birgə təqdim olunmalıdır. Gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir.
Təkliflər 12.01.2015-ci il, Bakı vaxtı ilə saat 15.00-da aşağıda göstərilən ünvanda, açılışda şəxsən iştirak etmək arzusunda olan iddiaçı nümayəndələrin qarşısında açılacaqdır.
8. Mümkün iddiaçıların diqqəti aşağıdakı məsələlərə yönəldilir (i) onlardan öz təkliflərində bütün proqram təminatlarının ya etibarlı lisenziya ilə təmin olunması, ya da iddiaçı tərəfindən hazırlanması faktını təsdiq etmələri tələb olunacaq və (ii) müqavilə şərtlərinin pozulması halları saxtakarlıq hesab olunacaq ki, bu da Dünya Bankının maliyyələşdirdiyi müqavilələrə seçilmək hüququndan məhrum edilməklə nəticələnə bilər.
Yuxarıda istinad olunan ünvan: Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti AZ1073, H. Cavid prospekti, 31 A, Bakı şəhəri, Azərbaycan Tel: +994 12 510 91 45 (72-16; 72-27) E-mail: [email protected]; [email protected]; [email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.