Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dərman vasitələri, dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları üçün nəzarət markalarının yüksək poliqrafik səviyyədə hazırlanması məqsədilə
TENDER ELAN EDİR
Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Ünvan: Bakı şəhəri, AZ 1022, S.Vurğun küçəsi, 135
1.Açıq tenderə razılaşdırılmış müddətdə və yüksək poliqrafik səviyyədə CİP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə
-dərman vasitələrinə tətbiq edilən 100 milyon ədəd,
-dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına tətbiq edilən 300 000 ədəd nəzarət markasının çapı təklif olunur.
2. Tender proseduru 2014-cü il dekabr ayının 17-si saat 10.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində ( III mərtəbə, otaq №319) keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1.tenderdə iştirak etmək üçün ərizə;
3.2. iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4. Tender təklifləri 2014-cü il dekabr ayının 16-da saat 10.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin aksiz markaları və müdafiəli sənədlərin dövriyyəsi sektoruna təqdim olunmalıdır.
5. istehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən, nəzarət markalarının (və ya analoji məhsulların) çapı sahəsində azı beş il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi - texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan iddiaçılar tenderdə iştirak edə bilməzlər;
6. tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməli və çap edilmiş nəzarət markalarının nümunələrindən (və ya buna oxşar məhsulların) bir nüsxəni tender komissiyasına təqdim etməlidir;
7. nəzarət markaları qoruyucu elementlərə (o cümlədən holloqrama) malik olmalı, yüksək poliqrafik səviyyədə hazırlanmalı və kağızı beynəlxalq standartlara uyğun olmalıdır;
8. iddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir;
9. iddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:
9.1. iddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;
9.2. iddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;
9.3. iddiaçının son bir il əzindəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
9.4 malik olduğu beynəlxalq İSO 9001, CWA 14641 və ya İSO 14298 sertifikatlarının əsli və surəti (sertifikatın əsli onun surəti ilə üzləşdirildikdən sonra iddiaçıya qaytarılacaqdır);
10. iddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir;
11. nəzarət markalarının hazırlanması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 2000 (iki min) manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi. VÖEN 1400108191
Ünvan: Bakı şəhəri, S. Vurğun küçəsi, 135
Dövlət Xəzinədarlıq Agentliyi kod: 210005
M/hesab: AZ41NABZ01360100000000003944
VÖEN 1401555071
S.W.İ.F.T. BİK: CTREAZ22
Maliyyə Nazirliyi kitab 002527-2108571
Hesab:AZ 33 CTRE 00000000000002108571
12. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri Aydın İsayevdir. Əlavə məlumat almaq üçün 30 oktyabr 2014-cü il tarixdən 16 dekabr 2014-cü il tarixədək, saat 10.00-dan 17.00-dək müraciət etmək olar (fasilə saat 13-dən 14-dək). Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1022, S.Vurğun küçəsi, 135, III mərtəbə, 303-cü otaq. Telefon: (99412) 404-46-94 Faks: (99412) 493-29-43
13. tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və rus dilinə tərcümə edilmişdir;
14. tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.